Habil Haqverdiyev

Habil Tağı oğlu Haqverdiyev ( 15 mart 1939; Qırılı , Ağstafa rayonu) — AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent.

Habil Haqverdiyev
Haqverdiyev Habil Tağı oğlu
Doğum tarixi (84 yaş)
Doğum yeri Qırılı, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası fiziki coğrafiya
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti AMEA H.Əliyev adına Coğrafiya İnstitutu
Mükafatları 1. AMEA rəhbərliyi tərəfindən təşəkkür. 2. Azərbaycan elminin inkişafında xidmətlərə görə "Tərəqqi" medalı 2015-ci il.

Həyatı[redaktə | mənbəni redaktə et]

Habil Haqverdiyev Tağı oğlu 15 mart 1939-cu ildə Qazax rayonunun Qırılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. "Landşaftın differensasiyasına relyefin təsiri (Kiçik Qafqazın şimal-şərq yamacında)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür. AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiridir. Bakı Dövlət Universitetində Pedaqoji fəaliyyətlə məşğuldur.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq Azərbaycanda dağlıq ərazilərdə landşaftın differensiyası, assimmetriyası, həmçinin landşaftın üfüqi və şaquli tranformasiyasının coğrafi qanuna uyğunluqlarını öyrənmişdir. Azərbaycanda ilk dəfə olaraq coğrafiya elminin təkamül tarixinə və onun ayrı-ayrı sahələrinin inkişafına dair elmi hesabat hazırlamışdır.

Elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

  1. "Kiçik Qafqazın şimal-şərq yamacında landşaftın differsasiyasının qanunauyğunluğu".
  2. "Azərbaycanda coğrafiya elminin inkişaf tarixi."
  3. "Görkəmli səyyahların Azərbaycan haqqında fikirləri"

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  1. AMEA rəhbərliyi tərəfindən təşəkkür.
  2. 2015 – Azərbaycan elminin inkişafında xidmətlərə görə "Tərəqqi" medalı

Digər fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İnstitut Həmkarlar Komitəsinin katibi.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]