Hacı Ömər Əfəndi

Hacı Ömər Əmir oğlu Əfəndi (Birinci Şıxlı, Qazax qəzası1916, Birinci Şıxlı, Qazax qəzası) — dövrünün görkəmli alimi, ilahiyyat nəzəriyyəsinə və təsəvvüf (sufi) fəlsəfəsinə dair əsərlərin müəllifi.

Hacı Ömər Əfəndi
Hacı Ömər Əmir oğlu Əfəndi
Doğum yeri
Vəfat tarixi 1916
Vəfat yeri
Həyat yoldaşları Tükəzban xanım, Söylü xanım
Uşaqları

Əhmədalı Əfəndiyev
Məhəmmədəli Əfəndiyev
Mahmudalı Əfəndiyev
Hənifə Əfəndiyeva

Mirqasım Əfəndiyev,
Atası Hacı Əmir ibn Bayram
Fəaliyyəti ilahiyyatcı, təsəvvüf alimi, şair

Hacı Ömər Əfəndi Qazax mahalının I Şıxlı kəndində anadan olub. Ömər Əfəndi gənc yaşlarından ömrünü elmə həsr edərək böyük bir müctəhid səviyyəsinə qədər yüksələ bilib. Qazax şəhərinin Şıxlı kəndində ilk məktəbi məhz Hacı Ömər Əfəndi acıb.Onun fəlsəfəyə, riyaziyyata, həndəsəyə, məntiqə dair əsərləri onu dövrünün tanınmış alimləri sırasına cıxara bilib.

Hacı Ömər Əfəndiyə daha cox şöhrət gətirən ilahiyyət nəzəriyyəsinə və təsəvvüf fəlsəfəsinə dair əsərləri olub. O zamanln bir cox dini məktəblərində onun ilahiyyatdan yazdığı "Qur`ani Kərimin təfsiri" kitabı dərslik kimi tədris olunurdu. Yaradıcılığında təsəvvüf elminə önəm verərək "Təsəvvüfün sirləri, "Şah Nəqşbəndinin hikmətləri" əsərləri ilə sufizm fəlsəfəsinə qiymətli tövfələr verib. XIX əsrin məşhur sufi şairi Mir Həmzə Əfəndinin şeir məktəbinin nümayəndəsi kimi tanınıb. Mir Həmzə Əfəndi öz yetirmələri Hacı Mahmud Əfəndi və Hacı Ömər Əfəndiyə həmişə etiramla yanaşaraq onların böyük övliyalığından söhbət acardı.Hətta Hacı Mahmud Əfəndi uzaqdan gələn müridləri əvvəlcə Hacı Ömər Əfəndinin ziyarətinə göndərib sonra onları qəbul edərdi. Hacı Ömər Əfəndi 1916-cı ildə vəfat edib. Qazax rayonu 1-ci Şıxlı qəbristanlığında onun dəfn edildiyi Hacı Ömər türbəsi günü bu gün də ziyarət yeridir.

1.Mirqasım Əfəndiyev
2.Nazim Əfəndiyev
3.Mir-Həmzə Əfəndiyev
4.Vüsət Əfəndiyev

Ş.Cəlilli. "Ömür Dedikləri…". Bakı: "Nicat" nəşriyyatı. 1996. 17–22. ISBN 5-86110-088-8.