Mir-Həmzə Əfəndiyev

Mir-Həmzə Nazim oğlu Əfəndiyev (d. 15 noyabr 1950, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri.

Mir-Həmzə Əfəndiyev
Mir-Həmzə Nazim oğlu Əfəndiyev
bayraq
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
25 sentyabr 2012 – 15 dekabr 2016
Prezidentİlham Əliyev
bayraq
Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
15 iyul 2004 – 22 oktyabr 2009
Prezidentİlham Əliyev
bayraq
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı
bayraq2
10 yanvar 1998 – 15 iyul 2004
PrezidentHeydər Əliyev
İlham Əliyev
9 may 2000 – 15 iyul 2004
PrezidentHeydər Əliyev
İlham Əliyev
31 oktyabr 2012 – 15 dekabr 2016
Prezidentİlham Əliyev
27 avqust 1996 – 7 iyun 2000
PrezidentHeydər Əliyev
bayraq
Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
9 aprel 1995 – 15 iyul 2004
PrezidentHeydər Əliyev
İlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1950(1950-11-15) (74 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti diplomat
Atası Nazim Əfəndiyev
Anası Adilə Əliyeva
Həyat yoldaşı Sevil Əmirova
Uşaqları Nəzrin Əfəndiyeva
Ömər Əfəndiyev

Həyat və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mir-Həmzə Nazim oğlu Əfəndiyev 1950-ci ilin 15 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. Atası-Nazim Əfəndiyev, 1957-1998-ci illər Elmi-Tədqiqat Oftalmologiya Institutunun (hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) direktoru vəzifəsində calışıb. M.Əfəndiyev 1974-cü ildə Azərbaycan Dövlət Tibb institutunu bitirib. 1975-1992-cı illərdə cərrah, şöbə müdiri, baş həkim vəzifələrində çalışıb. 1987-ci ildə Bakı şəhəri Lenin (Sabunçu) rayon Sovetinin deputatı seçilib. 1990-cı ildə XII cağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsinə yekdilliklə səs vermiş 258 deputatdan biri olub. 1992-ci il iyunun 9-da rotasiya yolu ilə kecirilən səsvermə nəticəsində Azərbaycan Respublikası Milli Məclisinin 50 nəfərdən ibarət tərkibinə daxil olub.1992-1995-ci illərdə Milli Məclisin Xarici Əlaqələr Komitəsinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hüquq və siyasi işlər Komitəsinin üzvü secilib. Əsas fəaliyyət istiqamətləri beynəlxalq təşkilatlarla, xysusilə NATO Parlament Assambleyası və Avropa Birliyi ölkələrinin parlamentləri ilə münasibətlərin yaradılması və inkişafı olub. Azərbaycan, rus, ingilis, fransız dillərini bilir. Evlidir, həyat yoldaşı Sevil Əmirova, övladları Nəzrin Əfəndiyeva və Ömər Əfəndiyevdir.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci il aprelin 9-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 311 və 312 saylı Fərmanları ilə Azərbaycan Respublikasının Belçika Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib və ona Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilib.[1] 1995-ci il sentyabrin 21-də etimadnaməsini Belçikanın Kralı II Albertə təqdim edib. 1995-ci ildən etibarən Azərbaycanı digər beynəlxalq təşkilatlarda – Avro-Atlantik Tərəfdaşlıq Şurası, NATO Parlament Assambleyası, Avropa Parlamenti, Avropa Komissiyası, Enerji Xartiyası, Ümumdünya Gömrük Təşkilatı və s. təmsil edib. 1995-ci il dekabrın 19-da Brüssel şəhərində "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlığa dair Saziş"i paraflayıb. (Saziş 1996-cı il aprelin 22-də Lüxemburqda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən imzalanıb, Avropa Birliyi ölkələrinin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu ildə  qüvvəyə minib və hal hazırda qüvvədə qalır). 1996-cı il avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 487 saylı Fərmanı ilə Avropa Birliyi yanında Azərbaycan Respublikası nümayəndəliyinin ilk başçısı təyin edilib. 1997-ci il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 646 №-li sərancam ilə "Bir tərəfdən Avopa Birliyi, Avropa Kömür və Polad Birliyi və Atom Enerjisi üzrə Avropa Birliyi, digər tərəfdən Azərbaycan Respublikası arasında ticarət və ticarət ilə əlaqədar məsələlər haqqında Aralıq Sazişi"ni imzalayıb.

1998-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 666 saylı Fərmaı ilə eyni zamanda Azərbaycan Respublikasının NATO yanında ilk nümayəndəliyinin başçısı təyin edilib.[2] 1998-ci il mayın 13-də etimadnaməsini NATO-nun Baş Katibi Xavyer Solanaya təqdim edib. 1999-cu il noyabrın 23-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 272 №-li sərəncamı ilə Avropa ittifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvü təyin edilib. 2000-ci il mayın 9-da 334 saylı Fərmanla Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda (KSQT) Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib.[3] Səfirin fəaliyyəti dövründə (1995-2004) Azərbaycan və Belçika arasında müxtəlif ikitərəfli sazişlər hazırlanaraq imzalanıb.

2004-cü il iyulun 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 310 saylı sərancamı ilə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[4] 2004-cü il iyulun 21-də etimadnaməsini Yunanıstan Prezidenti Konstantinos Stefanopulosa təqdim edib. Səfirin fəaliyyəti dövründə (2004-2009) Azərbaycan və Yunanıstan arasında müxtəlif ikitərəfli sazişlər hazırlanaraq imzalanıb.

2009-2012-ci illər bir müddət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində calışıb. 2012-ci il sentyabrın 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2457 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[5] 2012-ci il dekabrın 5-də etimadnaməsini Niderlandın Kraliçası Beatriksə təqdim edib. 2012-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2505 saylı sərancamı ilə mənzil-qərargahı Haaqa şəhərində yerləşən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib.[6] 2016-cı il dekabrın 2-də bu təşkilatın Haaqa şəhərində baş tutan üzv-dövlətlərinin Konfransının 21-ci sessiyasında Azərbaycan Respublikası ilk dəfə olaraq təşkilatın İcraiyyə Şurasının 2017-2019-cu illər üzrə üzvü secilib. 2009-cu il iyulun 24-də Xarici işlər Nazirinin 1348 saylı əmri ilə diplomatik xidmət orqanlarının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2019-cu il 9 iyul tarixli S/01-19 nömrəli Sərancamı ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

  1. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  2. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  3. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  4. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  5. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  6. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.