Hacı Eldayaq və ya əsil adı ilə Eldayaq Hüseynov (tam adı: Eldayaq Natiq oğlu Hüseynov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, İmam Həsən məscidinin axundu.[1]
Eldayaq Hüseynov | |
---|---|
Eldayaq Natiq oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Xanlarkənd, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
İxtisası | İlahiyyat |
Təhsili | Bakı İslam Universiteti |
Fəaliyyəti | müəllim, axund |
Tanınır | din xadimi, axund |
Eldayaq Huseynov 1985-ci il 1 iyun tarixində Saatlı rayonunun Xanlarkəndində ziyalı ailədə dünyaya göz açıb. O, 1992-2003-cü illərdə Xanlarkəndi kəndi İkram Ağayev adına orta məktəbdə orta təhsilini almaqla yanaşı İmam Muhəmməd Baqir adına mədrəsədə islam təhsilinə də yiyələnib. Daha sonra Bakı İslam Universitetinin Dinşunaslıq fakultəsinə qəbul olmuş, təhsil müddəti ərzində də hərbi xidmətini başa vurmuşdur. 2018-ci ildə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinə daxil olan Eldayaq Huseynov 2023-cü ildə məzun olmuşdur.[2]
Eldayaq Hüseynov ailəlidir və bir qız övladı var.
Hacı Eldayaq Huseynov, 2005-ci ildən hərbi xidməti bitirdikdən sonra Maştağa qəsəbəsində yerləşən İmam Cəfər Sadiq mədrəsəsində, Dinşünaslıq (Sərf, Nəhv, Məntiq-fəlsəfə, Üsul, Fiqh, Əxlaq, Əqaid, Əhkam, Tarix) və Dilşunaslıq (ərəb-fars dilləri) üzrə tədrislə məşğul olub. O, 2008-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Binə qəsəbəsində yerləşən İmam Həsən məscidinə axund təyin edilib. Təyinatının ilk günlərdən etibarən apardığı dini tədris və təbliğatı,məscid əhli və kənd sakinlərinə göstərdiyi münasibət və qayğı sayəsində qısa bir müddətdə hamının hörmət və rəğbətini qazanıb.[1] O, 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tərəfindən İmam Həsən məscidinə icma sədri təyin edilib.[3]