Hacı Həsən Rəfiyev

Hacı Həsən Rəfiyev (Gəncəmay 1920, Gəncə) — maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfiliin atası və Gəncə üsyanının (1920) iştirakçısı.[1]

Hacı Həsən Rəfiyev
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi may 1920
Vəfat yeri
Uşağı

Hacı Həsən Rəfiyev Gəncə şəhərində doğulmuşdur.

Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi:

" Cənablar! Sizi toplamağımın səbəbi Qars faciəsidir. Mən bu faciənin ayrı-ayrı epizodlarının bütün təfərrüatı üzərində dayanmağı lazım bilmirəm, məsələ sizə aydındı, faciənin dəhşəti sizə məlumdur. Mətbuat faciənin bütün gizlinlərini sizin qarşınızda açmışdır və mən əminəm ki, alınan acı xəbərlər artıq sizin qəlbinizdə, ürəyinizdə əks-səda doğurmuşdur. Yüzlərlə yetim uşaq evsiz-eşiksiz, yeməksiz qalmışdır. Dul qadınların naləsi ürəkləri yandırır. Bizim birinci borcumuz ianə toplamaqla bu bədbəxt insanlara yardım etməkdən ibarətdir. Mən Yardım Komitəsi yaratmaq üçün lazım olan razılığı almışam. Gəlin bu komitəyə adamlar seçək və yubanmadan işə başlayaq. "

X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər.[2]

Hacı Həsən Rəfiyev 1920-ci ildə AXC hərbçilərinin bolşevik işğalına qarşı başlatdığı Gəncə üsyanının iştirakçılarından biri olmuşdur. O, üsyanın gedişində düşmən tərəfindən qətlə yetirilmişdir.

  1. "Azərbaycanda xeyriyyəçilik ənənələri". anyflip.com. 2020-02-25 tarixində orijinalından arxivləşdirilib.
  2. Soyqırım mifi [ölü keçid]