Hacı Mir Abbas bəy Talışinski

Hacı Mir Abbas bəy TalışinskiÇar ordusunun hərbiçisi.[1]

Hacı Mir Abbas bəy Talışinski
Şəxsi məlumatlar
Doğum yeri Lənkəran, Talış xanlığı
Vəfat tarixi
Vəfat yeri Astara, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Dəfn yeri Pensər
Atası Mir Mustafa xan
Dini Şiə İslam

Təltifləri Mayor

Mir Mustafa xanın beşinci oğlu Hacı Mir Abbas bəydir. Atasının əmlak bölgüsündə ona Astara mahalı düşmüşdü. Hətta Mirzə Əhmad bu haqda “Əxbərnamə”də də yazır: “Mir Mustafa Xan öz ogulları arasında Mir Abbası çox istəyirdi və əmlak bölgüsündə Astara mahalını və özünün bir neçə nökərini Mir Abbasa bagışlamışdı, üstəlik məni də Mir Abbasa mirzə verdi.” Hacı Mir Abbas bəyə 1829-cu ildə mayor rütbəsi verilir. 1831-ci ildə Rusiyaya qarşı iddialarına görə həbs olunur. Helə həmən ilin axırlarında da həbsdən azad olunur. 1860-cı ildə Astaradan Peterburqa köçür. Astaranın idarə olunmasını öz oğlu Mir Tagıya tapşırır. 1860-cı illərdə Peterburqda yaşaması haqqında arxivdə belə bir məlumat var: “Mir Abbas bəy Qraf Orlov Davıdovun 1 hissəli 2-ci kvartalının 3 nömrəli evində yaşamışdır”. Peterburqa getmeyinin məqsədi o idi ki, vəfat etmiş bacısının qəbrini ziyaret etsin və bacısının saxladığı vəsiyyətnamələri Talışa gətirsin. Mir Abbas bəy bu işlərə nail ola bilir, bacısının saxladığı arxivlə yanaşı, ona məxsus qızıl-zinyət əşyaları və pulları da Talışa gətirir. 1863-cü ildə Hacı Mir Abbas bəy Peterburqdan Talışa dönür.

Haci Mir Abbas bəyin 7 həyat yoldaşı olmuşdu. Birinci həyat yoldaşı Qarabağ xanı olan Rüstəm xanın qızı Xanımağa idi. Xanımağadan 2 qızı olmuşdu: Fatma xanım (1825-?) və Pəri xanım(1829-?). İkinci arvadının adı məlum deyil, o qadından 2 oğlu olmuşdu: Məmmədhəsən bəy (1821-?) və Məmməd Əli bəy (1823-?). Üçüncü arvadı Gürcü qızı Güləndam idi (bəzi məlumatlara görə Gürcü çarı Qeorqinin qızı idi, yəni ki, Mir Abbas bəy öz böyük qardaşı Mir Məmməd Xanın həyat yoldaşı Nina (Nənə) xanımın bacısı Güləndam xanım ilə evlənmişdi. Görünür ki, Talış Xanları Gürcü çarları ilə qohum idilər.) O gürcü xanımından Mir Tağı bəy adlı oğlu olmuşdu. (Mir Tağı bəy Xansıvo ilə əmi oğlu olmaqla yanaşı, həm də xala oğlu idilər.) Mir Tağı bəyin (1833-1892) oğlu, dövrünün ən məşhur mülkədarlarından sayılan, Lənkəranda “Xan evi” adı ilə tanınan Xan sarayını tikdirən, miliyonçu Mir Əhmad Xan Talışinskidir. Mülkədar və miliyonçu Mir Əhmad Xan Talışinski Hacı Mir Abbas bəyin nəvəsidir. Hacı Mir Abbas bəyin dördüncu həyat yoldaşı Astaranın Siyaku kəndindən olan rəiyyət qızı Yetər xanım idi. Yetər xanımdan bir oğlu olmuşdu: Mir Cavad bəy (1852-1909).

Beşinci həyat yoldaşı Astaranın Alaşa kəndindən olan rəiyyət qızı Fəxriyyə xanım idi. Fəxriyyə xanımdan da bir oğlu olmuşdu: Musa bəy (1852-1902).

Altıncı xanımı Astaranın Şahağacı kəndindən olan Rəcəbəli bəyin qızı Maral xanım idi. Maral xanımdan bir oğlu və 4 qızı olmuşdu: Xanı bəy (1855-1911), Bilqeyis xanım (1831-?), Mir Zadə xanım (1841-?). Zəhra bəyim (1846-1914) və Saray bəyim (1858-?).

Sonuncu, 7-ci həyat yoldaşı Astaranın Maşxon kəndindən olan rəiyyət qızı Hüri xanım idi. Hüri xanımdan bir oğlu və bir qızı olur: İsa bəy (1865-1906) və Gövhər Tac xanım (1861-?)

Hacı Mir Abbas bəy 1874-cü ildə Astarada vəfat etmiş, qəbri Butəsər (Pensər) kəndindədir.[2]

Qızı Zəhra bəyim Mir İbrahim xan Talışxanovla evlənmişdir