Hadum Məscidi (Kosovo)

Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür. 1999-cu ildə ətrafdakı kompleks yanmış və yalnız məscid, minarə və ziyan görmüş bəzi naxışlar qalmışdır.[1][2][3][4][5]

İslam
Hadum Məscidi
alb. Xhamia e Hadumit
serb. Хадум џамија у Ђаковици
Din
Statusu Qorunur
Yerləşməsi
Ölkə Kosovo Kosovo
Bölgə Qyakova
Şəhər Qyakova
Memarlıq
İnşa tarixi XVI əsr – 1595
Tikdirəni Hadum Süleyman Əfəndi - Hadum Ağa
Memarı Memar Sinan
Üslubu Osmanlı memarlığı
Hadum məscidi xəritədə
Hadum məscidi
Hadum məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu məscidin arxitekturası Kosovodakı ən maraqlılarından biridir. İslami-Kosovolu tərzin klassik şəklinə malikdir. Məscidin bir ibadət salonu, həyət (lobbi) və bir minarəsi var. Hadum məscidi Osmanlı mədəniyyətindən təsirlənən tipik bir binadır.

İbadət salonu

[redaktə | mənbəni redaktə et]
Məscidin ibadət salonu

Bu salonun kvadrat planı vardır və tək bir həcmdən tikilmişdir. Düzbucaq üzərinə birbaşa olaraq qaldırılan bir günbəz ilə örtülüdür. Yataq divarının künclərində birbaşa üzərinə qurulmuş odacıqlar mövcuddur. Bu xüsusi tikinli Kosovoda unikal bir bina mühitini təqdim edir. Günbəz 13,5 metr diametrində, zəmindən tavana olan yüksəkliyi isə 12,6 metrdir. Xüsusilə günbəzin səkkiz pilasterlərdən (dörd tərəfli sütun) və asmalılardan (Günbəzin dəstək kəmərləriylə kəsişdiyi qövslü üçbucaq bir tağ) ibarət quruluşun üstünə inşa edildiyini ifadə etmək lazımdır. Salon 11 pəncərədən işıq alır. Kubun hər səthi, şimal-qərb səthindən başqa, üç pəncərəsi vardır. Bu pəncərələr üçbucaq şəklində iki sıraya yerləşdirilir. İlk sıraya, arşitravlar ilə örtülü iki pəncərə daxildir və metal barmaqlıqlar yaratmaqla yanaşı, ikinci sıra yalnız iti bir kəmər örtülü bir pəncərədən ibarətdir.[1][2][3][4][5]

Hadum məscidinin minarəsi

Minarə məscidin planının əhəmiyyətli bir hissəsidir və ibadət salonunun sağ tərəfində yerləşdirilmişdir. Minarəyə iki kiçik girişlərdən daxil olmaq mümkündür. Girişlərdən birini məscidin daxili hissəsində, digəri isə xarici hissəsində tapmaq olar. Minarənin şaftı bir az darlaşaraq ikinci lülə doğru azalır.[1][2][3][4][5]

Məscidin daşyonması

Hadum məscidindəki daş işçiliyi minarənin balkonunun hasarı üzərinə dizayn edilmişdir. Bütün bu naxışlar çox ətraflı hazırlanmışdır. Eyvanın sütunlarında, plastik dekorasiya yerinə ətraflı olaraq hazırlanmış və stilizə edilmiş çiçəklər var. Eyvanlı dörd sütununun hamısı eyni dekorasiyaya malikdir. Hadum məscidi proporsiyaları ilə, bina ətrafındakı kompleksə istilik verir və Qyakovadakı Köhnə bazara mükəmməl uyğunlaşma təmin edən çox qüvvətli bir görünüşə malikdir.[1][2][3][4][5]

  1. 1 2 3 4 Herşer, Andreu (Oktyabr 2007). The Hadum Mosque Restoration Arxivləşdirilib 2006-04-02 at the Wayback Machine. CHwB Kosovo Cultural Heritage without Borders. ISBN 978-9951-8741-0-6.
  2. 1 2 3 4 Redziş, H. Cinq Monuments Cous coupoles Ottomans dans la region de Kosovo et Metohija, Starina Kosova, Cild I. səh. 93–101.
  3. 1 2 3 4 Necipoğlu (2005). Sinanın Əsri. Osmanlı İmperiyasında, Memarlıq Mədəniyyəti. Princeton University Press.
  4. 1 2 3 4 Dranҫolli, Fecaz (2007). Hadum Məscidi, Qyakovada Bazar. Prishtina: Institute For Protection Of Monuments Of Kosova.
  5. 1 2 3 4 Rizvanolli, Masar (2010). Qyakova şəhəri və Valbona Vadisi. Qyakova: Erpoprint. ISBN 978-9951-8784-0-1.