Hafiz (Afis) Yusif oğlu Əmirxanov (5 noyabr 1940, Bakı) — Azərbaycan memarı, Azərbaycan Respublikasının əməkdar memarı (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982), Azərbaycan Memarlar İttifaqının birinci vitse-prezidenti (1989–2007).
Hafiz Əmirxanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1940 (84 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | |
Mükafatları |
|
Hafiz Yusif oğlu Əmirxanov 5 noyabr 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1960–1963-cü illərdə Sovet Ordusunda sıralarında hərbi xidmət keçmiş, qayıtdıqdan sonra, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq şöbəsinə daxil olmuşdur. 1969-cu ildə institutu bitirdikdən sonra memarlıq fəaliyyətinə başlamışdır.[1]
Hafiz Əmirxanov 1969-cu ildən yaradıcı memar kimi çalışmışdır. 1972–1987-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda baş memar vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. Həmin illərdə bir neçə layihə ilə bərabər "Gülüstan" sarayının da layihəsini işləmiş və inşasında bilavasitə iştirak etmişdir. Hafiz Əmirxanov 1987-ci ildə Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sərəncamı ilə Sumqayıt şəhərində yeni təşkil olunmuş "Azərdövlətlayihə" institutunun filialına direktor təyin edilmiş, 1988-ci ildə isə Bakıya qayıtmışdır.[1]
Hafiz Əmirxanov 1989-cu ildən 2007-ci ilədək Azərbaycan Memarlar İttifaqının birinci vitse-prezidenti vəzifəsində çalışmışdır. Bununla yanaşı, yaradıcılıq və pedaqoji fəaliyyətini davam etdirmiş, dosent elmi adını almışdır.[1]