Hafiz Məmməd oğlu Məmmədov (1921, Sabunçu, Bakı qəzası – 1995, Bakı) — rəssam; əməkdar incəsənət xadimi.
Hafiz Məmmədov | |
---|---|
Hafiz Məmməd oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Lətafət Məmmədova |
Fəaliyyəti | rəssam, müəllim |
Təhsili |
|
Janrlar | portret, natürmort, peyzaj |
Üzvlüyü |
|
Mükafatları |
|
Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdur[1].
Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir.
O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır.
Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir.
Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir[1].
Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir. Milli Azərbaycan Dövlət İncəsənət Muzeyində 24 iyin 2011-ci ildə Hafiz Məmmədovun 90 illiyi münasibətilə yaradıcılığının bütün dövrlərini əks etdirən sərgi təşkil olunmuşdur. Sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından seçilmişdir[1].
Hafiz Məmmədov 1946-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1995-ci ildə vəfat etmişdir.