Haliç dağı

Haliç (pol. Halicz) — Beşat dağlarının Polşa hissəsinin 3-cü, Qərbi Beşad dağlarının isə ən hündür zirvəsi. Haliç Tarnisa qrupunun şərqində, Bukovski və Rozsıpanes arasında yerləşir[1]. Zirvənin hündürlüyü 1333 metr təşkil edir.

Haliç dağı
pol. Halicz
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1333,2 m
Yerləşməsi
49°04′19″ şm. e. 22°46′07″ ş. u.HGYO
Ölkə  Polşa
Haliç dağı xəritədə
Haliç dağı
Haliç dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının etimalogiyası

[redaktə | mənbəni redaktə et]

Adının mənası dəqiq olaraq bilinmir. Bir fərziyəyə görə zirvənin adı ukrayncadan tərcümədə «top» mənasını verir. Bəzən isə «Qaliç» soyad olması qeyd edilir. Ukraynada İvano-Frankovsk şəhərindən bir qədər aralıda Qaliş adlı şəhər yerləşir. Şəhərlə dağın adının eyni kökdən törəməsi ehtimal edilir[2].

Dağ turistlər arasında olduqca populyardır. Buradan Polşa və Ukraynaya gözəl mənzərə açılır. Aydın hava şəraitində buradan Qorqan dağını görmək olar. Burada Polşa üçün nadir sayılan çoxlu sayda bitki növünə rast gəlinir:Dağlıq öküzotu (Arnica montana), Akonit (Aconitum bucovinense), Orobanche alba Stephan və Carex bigelowii.

İkinci Dünya müharibəsinin başlanğıcında buradan Polşa zabitlərini Macarıstana aparan bir marşrut keçirdi. Qədim dövrdə zirvədə üç ölkənin sərhədləri kəsişirdi: Polşa, Macarıstan və Kiyev Rus dövləti. Haliç ətrafında maldarlıq olduqca yaxşı inkişaf etmişdir. Xüsusi ilə XIX əsrdə özünün pik dönəmini yaşayırdı. Macarıstan ovalığından ətli mal-qara yetişdirmək üçün ən uyğun olan böyük buynuz idxal edilmişdir. Reç Pospolita dirçəldikdən sonra, Macarıstanın bölgə ilə ticarətində maneə meydana gəldi. Bundan sonra mal-qara yetişdirilməsi az sərfəli oldu və tədricən itdi.

Haliçdən keçən piyada keçidi Beşadda ən populyar yol sayılır. Burada müxtəlif mürəkkəbliyə sahib yollar vardır[3].

  1. "The Polish Carpathians P100m". www.peaklist.org. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.
  2. "Halicz - szczyt w Bieszczadach o wysokości 1 333 m" (polyak). www.polskie-gory.pl. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.
  3. Piotr Szechyński. "Halicz - na czerwonym szlaku / Twoje Bieszczady". www.twojebieszczady.net. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.

Bieszczady i Góry Sanocko-Turczańskie. Mapa turystyczna. Skala 1:75 000. Wydanie trzecie. Warszawa: PPWK SA. ISBN 83-7329-436-8.