Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada.
Halmahera adası | |
---|---|
ind. Pulau Halmahera | |
Ümumi məlumatlar | |
Sahəsi | 17780 km² |
Uzunluğu |
|
Eni | 159 km |
Hündür nöqtəsi | 1560 m |
Əhalisi | 162.728 nəfər (1995-ci il) |
Yerləşməsi | |
0°39′33″ şm. e. 127°56′13″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır.
Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür.
Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi. Sonradan Hollandiyanın Ost-Hind şirkəti bütün arxipelaqı ələ keçirir.
İkinci Dünya müharibəsi zamanı adada yaponların hərbi bazası yerləşirdi.
1999 və 2000 ci illərdə Halmahera adasında müsəlmanlar və xristianlar arasında toquşmalar baş vermişdir. Bu toqquşmalarda minlərlə insan həlak olmuşdur.
Əhalisi 162 728 nəfər (1995) təşkil edir. Əhalisinin təxminən 80 % müsəlman və 20 % xristiandır.
Tropik əkinçiliyi, Kakos plantasiyaları geniş yayılmışdır. Adada qızıl, nikel və kobalt ehtiyatları vardır.