Han Solo: Ulduz müharibələri. Hekayələr[9] (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi.[10][11] Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir.
Han Solo: Ulduz müharibələri. Hekayələr | |
---|---|
ing. Solo: A Star Wars Story | |
| |
Janr | fantastika filmi[1], elmi-fantastika filmi[1], döyüş filmi, fentezi filmi[d] |
Əsas mövzu | Han Solo |
Prodüserlər |
|
Baş rollarda |
|
Bəstəkarlar |
|
İstehsalçı | Lucasfilm |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi | 23 may 2018[1][4], 24 may 2018[5], 25 may 2018[6] |
Müddət | 135 dəq. |
Büdcə | 250.000.000 $[7] |
Gəlir | 392.924.807 $[8], 213.767.512 $[8], 16.473.217 $[8], 25.840.047 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Ulduz müharibələri: Sonuncu ceday |
Rəng | rəngli |
IMDb | ID3778644 |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür. Ən azı 275 milyon dollarlıq istehsal büdcəsinə malik "Solo" indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biridir.
"Solo" 25 may 2018-ci ildə ABŞ-də yayımlanmış, ümumi mənzərədə müsbət rəylər almışdır. Tənqidçilər filmin aktyor heyətini, vizualları, musiqisini və döyüş səhnələrini yüksək qiymətləndirmiş, lakin onun kinematoqrafiyası və tonunu tənqid etmişdir.[12][13] Buna baxmayaraq, "Solo" dünya miqyasında cəmi 393,2 milyon dollar gəlir əldə edərək gəlir baxımından ən uğursuz "Ulduz müharibələri" filminə çevrilmişdir.[14][15][16]