Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir.
Happier Than Ever | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 30 iyul 2021 | |||
Yazılma tarixi | 1 aprel 2020 – 16 fevral 2021 | |||
Studiya |
Finneasın ev studiyası (Los-Anceles) |
|||
Janr |
|
|||
Müddət | 56:07 | |||
Dil | ingilis dili | |||
Leybl |
|
|||
Prodüser | Finneas O'Konnell | |||
Billi Ayliş albomlarının xronologiyası | ||||
|
İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı.
Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi. Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilən film, eksklüziv olaraq Disney+-da nümayiş etdirilmişdir. Ayliş albomu tanıtmaq məqsədilə 3 fevraldan 30 sentyabr 2022-ci ilə qədər qastrol səfərləri edib.
Amerikalı müğənni-bəstəkar Billi Ayliş 29 mart 2019-cu ildə qardaşı, musiqiçi Finneas O'Konnellin prodüseri olduğu When We Fall Asleep, Where Do We Go? adlı debüt albomunu buraxdı.[1] Albom tənqidçilər tərəfindən bəyənildi və kommersiya baxımından uğurlu oldu, "Bad Guy" adlı sinql Billboard hit-paradına başçılıq etdi.[2] Albom və sinql Aylişə 62-ci İllik Qremmi Mükafatlarında "İlin Albomu", "İlin Mahnısı", "İlin Rekordu" və "Ən Yaxşı Yeni Müğənni"[1] kimi 5 mükafat qazandırdı. Albomun buraxılışından sonra Ayliş bir neçə sinql buraxdı: "Everything I Wanted" (2019), Ceyms Bond mahnısı "No Time to Die" (2020) və Rozaliya ilə birlikdə oxuduğu "Lo Vas a Olvidar" (2021). İlk ikisi müvafiq olaraq 63-cü Qremmi Mükafatlarında "İlin Rekordu" və "Vizual Media üçün Yazılan Ən Yaxşı Mahnı" mükafatlarını qazandı.[3][2] Ayliş 2020-ci ilin yanvarında verdiyi müsahibədə ikinci studiya albomu üzərində işə başlayacağını bildirdi.[4] Mart ayında Aylişin qardaşı Finneas O'Konnell bunu təsdiqləyərək hər ikisinin "canlı ifa etməkdən" zövq aldıqları musiqini yaratmağa davam edəcəklərini bildirdi.[5] 2021-ci ilin yanvarında Ayliş, albomun "istədiyi kimi olduğunu" və bununla bağlı heç nəyi dəyişmək istəmədiyini bildirdi. Növbəti ay onun "Billi Ayliş: Dünya biraz bulanıqdır" sənədli filmi yayımlandı.[6] Bunun ardınca fevral ayında Ayliş albomda 16 treki olacağını bildirdi.[7]
Happier Than Ever albomu Finneasın Los-Ancelesdəki evinin zirzəmisindəki ev səsyazma studiyasında qeydə alınıb.[8] Aylişin sözlərinə görə, səsyazma 2020-ci il aprelin 1-dən 2021-ci ilin 16 fevralına qədər “My Future” ilə başlayıb “Oxytocin” ilə bitən həftəlik cədvəl üzrə aparılıb.[9][8] Albom üçün yazdığı ilk mahnı "Happier Than Ever" idi, və onu "When We All Fall Sleep" turunun Avropa hissəsində olarkən yazmışdı.[8] Ayliş albomda yer alan 16 mahnının hamısını qardaşı ilə birlikdə yazdığını bildirdi. Onların yazdığı "What I Wanna Hear" və "Born Blue" mahnıları alboma əlavə olunmadı.[9]
Aylişin sözlərinə görə, Happier Than Ever üçün yaradıcılıq prosesi onun daim narahat və təzyiq hiss etdiyi əvvəlki layihələrindən fərqli olaraq "çox təbii"dir.[10] Əvvəlki işləri ilə Ayliş kifayət qədər yaxşı olmadığını və sadəcə istedadlı olmadığını hiss etdi, lakin o vaxtdan bəri sənətinə daha çox inam qazandı.[11]
"Vevo"ya verdiyi müsahibədə Ayliş uşaqlıqda dinlədiyi Culi London, Peqqi Li və Frenk Sinatra[10] kimi caz müğənnilərindən ilhamlanaraq "çox klassik albom" yaratmaq istədiyini dedi.[10] Onun studiya seansları zamanı qarşısına qoyduğu məqsədlərdən biri də həm özünü, həm də pərəstişkarlarını təəccübləndirmək olub.[12]O, "Male Fantasy"ni "demək olar ki, özü yazdığı" mahnı kimi qeyd etdi və əvvəllər yaşamadığı hisslərdən söz açdı.[12]
Musiqi baxımından Happier Than Ever, R&B,[13] texno,[14] elementlərini özündə cəmləşdirən aşağı səsli pop,[15] elektropop,[16] dauntempo[17][18][19] və caz-pop[19], kantri, bossa nova,[16] yataq otağı popu,[20] trip hop,[21] folk,[22] elektro, trap[23] və 1990-cı illərin sofist popu kimi xarakterizə olunmuşdur.[24] O, akustik gitaraların, zərif sintlərin və gurgling beatsların[24] sadə minimalist[20] aranjemanları ilə yavaş templi sentimental mahnılarından ibarətdir.[24] Sözlərdə gənc qadınların əyləncə sənayesində üzləşdiyi mübarizələrdən,[25] şöhrət, məşhurluq, emosional zorakılıq, güc mübarizələri, inamsızlıq,[8] qadın düşmənlyi[26] haqqında danışılır.
Açılış treki "Getting Older" şiddət haqqında mahnıdır və yazmaq "xüsusilə ağrılı" idi.[8] Mahnı cinsi məcburiyyətdən bəhs edir.[13] İkinci trek, "I Didn't Change My Number" ağır ritmlidir.[27] Üçüncü trek olan "Billie Bossa Nova" Aylişin "daha yetkin tərəfini" təmsil edir.[28] Dördüncü trek, "My Future" yavaş bir sint balladası kimi başlayır ki, bu da "gözəl bir fank" mahnısına çevrilir.[27] Lirik olaraq mahnı özünü kəşf etməkdən bəhs edir.[27] Beşinci trek olan "Oxytocin" texno impulsuna malikdir.[13] Mahnı adında olduğu kimi hormondan bəhs edir.[28] Altıncı trek "Goldwing" mahnı boyunca a kapella introsunu təkrarlayır.[13] Səkkizinci trek, "Halley's Comet" yüngül sintez və bekbitdən ibarət balladadır.[27] Doqquzuncu trek "Not My Responsibility" Aylişin Where Do We Go? Dünya turunda (2020) debüt edən ambient instrumental ın müşayəti ilə danışdığı sözlərdir.[13][28]
Ardınca əvvəlki musiqidən "Overheated" trekinə keçid edilir, mahnı sosial media dövründə şöhrət haqqınadır.[13] "Everybody Dies" on birinci treki qaranlıq sintlərə və yüngül gitara ifasına əsaslanan alt-pop balladadır və "Aylişin səsi yenidən gözə çarpır".[27] On ikinci trek, "Your Power" cinsi zorakılıq və partnyorundan istifadə haqqında yumşaq akustik balladadır.[29] On üçüncü trek "NDA" elektropop ritmi ilə şöhrət qazanması səbəbindən həyatında məxfiliyin olmamasından bəhs edir, mahnının sonunda nifrət edənləri və tənqidçiləri rədd etmək haqda olan on dördüncü trekə "Therefore I Am" mahnına keçid edilir.[30] On beşinci trek "Happier Than Ever" rok opera mahnısıdır.[31] Albom Aylişin münasibətləri və cinsi böyüməsini əks etdirdiyi yavaş ballada olan "Male Fantasy" ilə yekunlaşır.
Bütün mahnılar Billi Ayliş və Finneas O'Konnell tərəfindən yazılmış və bəstələnmişdir.
Happier Than Ever albomundakı treklər | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Getting Older | 4:04 | |||||||
2. | I Didn't Change My Number | 2:38 | |||||||
3. | Billie Bossa Nova | 3:16 | |||||||
4. | My Future | 3:30 | |||||||
5. | Oxytocin | 3:30 | |||||||
6. | Goldwing | 2:31 | |||||||
7. | Lost Cause | 3:32 | |||||||
8. | Halley's Comet | 3:54 | |||||||
9. | Not My Responsibility | 3:47 | |||||||
10. | Overheated | 3:34 | |||||||
11. | Everybody Dies | 3:26 | |||||||
12. | Your Power | 4:05 | |||||||
13. | NDA | 3:15 | |||||||
14. | Therefore I Am | 2:53 | |||||||
15. | Happier Than Ever | 4:58 | |||||||
16. | Male Fantasy | 3:14 | |||||||
56:07 |
Tour edition | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
17. | My Future (Live Performance from the DNC) | ||||||||
18. | Therefore I Am (Live from iHeartRadio ALTer Ego 2021) | ||||||||
19. | Your Power (Vevo Live Performance) | ||||||||
20. | Lost Cause (Vevo Live Performance) |
Japan tour edition | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
17. | NDA (Japan Special Performance) | ||||||||
18. | Billie Bossa Nova (Japan Special Performance) |
Japan tour edition – DVD bonus | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Interview for Japan | ||||||||
2. | Happier Than Ever (Music Video) | ||||||||
3. | Happier Than Ever (Making of the Video) | ||||||||
4. | Male Fantasy (Music Video) | ||||||||
5. | NDA (Music Video) | ||||||||
6. | Lost Cause (Music Video) | ||||||||
7. | Your Power (Music Video) | ||||||||
8. | Happier Than Ever, The World Tour (Road to Opening Night) | ||||||||
9. | NDA (Japan Special Performance) | ||||||||
10. | Billie Bossa Nova (Japan Special Performance) |
<ref>
teqi;
Guardian
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
Irish Times review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
Independent review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
Stereogum
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
BBC
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
NME review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi;
Slant
adlı istinad üçün mətn göstərilməyib