Harold Qodvinson

Harold Qodvinson (ing. ) və ya II Harold (1022, Esseks[d]14 oktyabr 1066[1][2], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — İngiltərənin son anqlosaks kralı. II Harold hakimiyyəti 6 yanvar 1066-cı il tarixindən həmin ilin oktyabr ayında, normanların İngiltərəni işğalı dövründə gerçəkləşən Hastinqs döyüşündə Fateh Vilhelm rəhbərliyindəki norman hücumçularla vuruşarkən həlak olana qədər davam etmişdir.

Harold Qodvinson
anqlosaks. Harold Godƿinson
Doğum tarixi 1022
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1066[1][2]
Vəfat yeri
Həyat yoldaşları
Fəaliyyəti suveren[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Harold güclü bir yarl və Böyük Knudla qohumluq əlaqəsi olan əhəmiyyətli bir anqlosaks ailəsinin üzvü idi. Yeznəsi kral Keşiş Eduard 5 yanvar 1066-cı ilsə vəfat etdikdən sonra Vitenaqemot çağırılmış, onlar isə Harold Qodvinsonu yeni kral seçmişdilər. Onun tacqoyma mərasimi Vestminster abbatlığında keçirilmişdir. Sentyabr ayının axırlarında rəqib iddiaçı norveçli III Sərt Haraldın ordusunu darmadağın etmiş və öz ordusunu cənuba, Fateh Uilyamla döyüşə aparmışdır.

  1. 1 2 The Wiley Blackwell Encyclopedia of Anglo-Saxon England (ing.): Lapidge/The Wiley Blackwell Encyclopedia of Anglo-Saxon England. / M. Lapidge, J. Blair, S. Keynes, D. G. Scragg 2 Chichester: Wiley, 2014. P. 537. 583 p. ISBN 978-0-470-65632-7, 978-1-118-31606-1 doi:10.1002/9781118316061
  2. 1 2 Гида (rus.). // Русский биографический словарь Москва: 1916. Т. 5. С. 174–175.
  3. 1 2 Kindred Britain.