Harri Potter və Ölüm Hədiyyələri (roman)

Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır.

Harri Potter və Ölüm Yadigarları
Harry Potter and the Deathly Hallows
Müəllif Coan Roulinq
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 21 iyul 2007
Rəssam Ceyson Kokkroft (Blumsberi)
Meri QrandPri (Sxolastik)
Seriya Harri Potter (romanlar seriyası)
Nəşriyyat Blumsberi Pablişinq
Sxolastik
Reinkoast/Qanun Nəşriyyatı
Səhifə 607 (Böyük Britaniya)
759 (ABŞ)
638 (Azərbaycan)
Tiraj 44 milyon
Əvvəlki Harri Potter və Yarımqan Prins
Sonrakı Harri Potter və Lənətlənmiş Uşaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar. İlk olaraq Grimmauld meydanı 12-ə (Siriusun evi və Simurq Ordenin qərargahı) gedib bir qədər burada gizlənirlər. Evi gəzərkən R.A.B.-nin kim olduğu ortaya çıxır və R.A.B.-in Siriusun qardaşı Requlus olduğu anlaşılar. Requlus horkrukslardan biri olan Slizerinin Medalını saxlamaq üçün Kriçerə verir, ancaq Mundunquz onu oğurlayır. Lakin nəticədə Mundunquz da məcbur qalıb onu Dolores Ambricə verir. Harri, Ron və Hermiona Sehr Nazirliyinə başqa qılıqla gedib orada Dementorların (Ruh əmicilərin) gücündən istifadə edərək maql (sadə insanlar - sehrbaz və cadugər olmayan və onlar haqqında bilməyənlərə maql deyilir) doğumluları (maql doğumlu – sadə insanların sehrbaz və ya cadugər uşaqlarına deyilir) təsbit etməyə çalışan Dolores Ambricdən medalı oğurlayırlar. Bu vaxt bir çox günahlandırılan maql doğumluları da azad edib oradan qaçırlar. Ancaq oradan buxarlanmağa çalışanda Ölü Yeyənlər və Yaksli(Nazirlikdəki Ölü Yeyənlərdən biri) Hermionanın əlini tutur və onunla buxarlanır. Beləliklə üçlük artıq Grimmauld Meydanı 12-ə Ölü Yeyənlərin də girə biləcəyini anlayıb ora getməyin təhlükəli olduğunu bilirlər və bu səbəbdən başqa bir meşəyə buxarlanırlar. Burada çadır qurub Grifindorun qılıncını tapana kimi qalırlar. Çünki Grifindorun qılıncı olmadan horkruksu adi yolla məhv etmək mümkün deyildi. Harri ilə Ron çadırda dalaşır və Ron oradan gedir. Daha sonra Harri və Hermiona Qodrik Dərəsi (Harrinin və ailəsinin əvvəllər yaşadığı və Dambldorların da uzun müddət əvvəl qaldığı yer) qəsəbəsinə gedirlər. Onlar Dambldorun köhnə dostu Batildanı axtarmağa gəlirlər. Lakin Voldemortun ilanı Nagini Batildanın qılığında qarşılarına çıxır. Əslində isə Batilda Baqşot çoxdan vəfat etmişdi. Nagini (Voldemortun ilanının adı) Batilda qılığında onları evinə gətirir burada böyük bir təhlükə olur və canlarını zorla qurtarırlar. Eyni zamanda Harrinin sehrli çubuğu sınır və düzəlmir. Ona görə Hermionanın dəyənəyini istifadə etməli olur. Bir axşam çadırda olanda Harri maral şəklində bir patronus gəldiyini görüb onun ardınca gedir və Grifindorun qılıncını tapır. Qış vaxtı hovuzdakı soyuq buzlu suyun altındakı qılıncı çıxarmaq üçün Harri suya girir. Ancaq elə vəziyyət alınır ki Harri boğulmaq üzrə olur. Və bu vaxt Ron gəlib onu xilas edir və Horkruksu da məhv edir. Bir müddət Ronla Hermionanın arası düzəlməsə də daha sonra onlar da barışır. Üçlük bu dəfə Ksenofilius Lavqudun (Luna Lavqudun atası)evinə üz tutur və Ölüm Hədiyyələri haqqında ondan məlumat alırlar. Ancaq Kseno Lavqud Lunanı girov götürdükləri üçün Harrini Ölüm Yeyənlərə verməyə cəhd göstərir ancaq Harri, Ron, Hermiona oradan qaçırlar. Ölüm hədiyyələrinin biri Harrinin Görünməzlik xələtinin olduğu, 2-cisinin – Gəndalaş Çubuğu Dambldorun sehrli çubuğunun olduğu, digərinin isə Diriliş daşı olduğu ortaya çıxır. üçlük gizləndiyi yerdə Voldemortun adını çəkdiyi üçün yerləri Ölüm Yeyənlərə bəlli olur və onları Malfoyların malikanəsinə aparırlar. Din Tomas, Luna Lavqud, Sehrli Dəyənək ustası Ollivander, Qrinqottsun (Sehr Bankı) işçisi qoblin Qrifuk da burada olur. Sonra ev cini Dobbi gəlib onları xilas edir(Burada olduqları müddətdə xüsusilə Hermionaya çox işgəncə verilir) və Bellatriks Lestreyncin Harriyə atdığı gümüş bıçaq Dobbiyə dəyir və o ölür. Hər kəs qaçır və Bill ilə Flerin evinə gedirlər. Sonra görünüş dəyişdirib oradan qaçırlar və Qrinqottsa üz tutub Lestreynclərin kassasından Helqa Haflpafın kubokunu(Başqa bir Horkruks) oğurlayıb bir əjdaha ilə qaçırlar. Sonda isə Harri Voldemortun zehninə girib sonuncu Horkruksun Hoqvartsda olduğunu öyrənir amma dəqiq yeri görə bilmir. Sonra Albus Dambldorun qardaşı Aberfortun köməyi ilə gizli keçiddə Hogvartsa girirlər. Dambldorun ordusu və Simurq Ordeninin üzvləri hamısı Hoqvartsa gəlir və müharibə başlayır. Sonda Harri horkrukslardan birinin özü olduğunu və bundan Voldemortun özünün də xəbəri olmadığını öyrənir. Ölməyə Voldemortun yanına gedir. Burada Voldemort ona Avada Kedavra lənəti yollayır. Harri uzun bir yuxu görür və orada Dambldorla söhbət edib hər şeyi aydınlaşdırır oyananda ətrafında Voldemort və Ölüm Yeyənləri görür beləliklə Voldemort ölüm sehri edəndə Harri yox, onun içindəki horkruks ölmüşdü. Ancaq sağ qaldığını bəlli etmir. Onu Hoqvartsa aparan Ölüm Yeyənlər hər kəsə bunu nümayiş etdirir. Ümidi yıxılanlar çox olsa da bu onları daha da qəzəbləndirir və Müharibə davam edir. Molli Uizli Fredi öldürdüyü üçün Bellatriksi öldürür. Bunu görən Voldemort Mollini öldürmək istəyəndə Harri ortalığa çıxır və hər kəs buna mat qalır. Beləcə Voldemortla Harrinin dueli başlayır. Dambldor ölmədən əvvəl Drako Malfoy onu yenmişdi və çubuq onun olmuşdu. Bu dəfə də Harri Drakonu yendi və Voldemort Dambldorun məzarından oğurladığı Gəndalaş Çubuğunun Harriyə məxsus olduğunu düşünmədən ona lənət göndərdi. Ancaq dəyənək öz sahibini öldürmədi və lənət Voldemorta dəyib onu öldürdü. Beləcə hər şey qurtardı. Həmçinin 6-cı horkruks olan Naqinini Nevil Lonqbottom öldürmüşdü. Harri özünün horkruks olduğu Voldemort Severus Sneypi öldürdükdən əvvəl onun gözlərindən gələn mayeni düşüncə daşına töküb öyrənmişdi. O, Severus Sneypin bütün xatirələrini- Əslində Dambldora işlədiyini, uşaqlıqdan Harrinin anası Liliyə aşiq olduğunu, Harriyə Qrifindorun qılıncını tapmaqda kömək edib Patronusu onun göndərdiyini gördü.

Harri ilə Cinni(Ronun bacısı), Ron ilə Hermiona evlənir və Harri ilə Cinninin 3, Ronla Hermionanın isə 2 uşağı olur.