Harriet Ceykobs

Harriet Ceykobs (1813[1]7 mart 1897[2][3][…], Vaşinqton) — afro-amerikalı abolisionist və yazıçı. Onun tərcümeyi-halı olan Kölə Qızın Həyatında Hadisələr 1861-ci ildə Linda Brent təxəllüsü ilə nəşr edilmişdir və hal-hazırda "Amerika klassiki" hesab olunur.[5]

Harriet Ceykobs
Doğum adı Harriet Jacobs
Təxəllüsü Linda Brent[4]
Doğum tarixi 1813[1]
Vəfat tarixi 7 mart 1897(1897-03-07)[2][3][…]
Vəfat yeri
Fəaliyyəti nanny[d], yazıçı, avtobioqraf[d]
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harriet Ceykobs 1813-cü ildə Şimali Karolina ştatının Edenton şəhərində yerli meyxana sahibi olan Horniblou ailəsinin köləliyində olan Delila Hornibloun ailəsində anadan olub. Partus sequitur ventrem prinsipinə əsasən, həm Harriet, həm də onun qardaşı Con doğulanda meyxanaçının ailəsi tərəfindən kölə edildi, çünki ananın statusu onun uşaqlarına ötürülməli idi. Bununla belə, Delillanın anası Molli Horniblou eyni zamanda onun sahibi olan ağ atası tərəfindən azad edildiyinə görə yenə eyni prinsipə görə, ana və uşaqlar azad edilməli idilər. Lakin Molli sonradan qaçırılmışdı və qaradərili olduğuna görə hüquqi müdafiə olunmaq şansı yox idi.[6] Harriet və Conun atası olan İlyas Noks[7] kölə olsa da, təcrübəli dülgər kimi məharətinə görə bəzi imtiyazlardan istifadə edirdi. Noks 1826-cı ildə vəfat etmişdir.[8]

Harrietin anası və nənəsi sahibinin Horniblou soyadı ilə tanınsa da, Harriet uşaqlarının vəftiz olunma fürsətindən istifadə edərək Ceykobsu öz soyadı kimi qeyd edib. Onunla birlikdə qardaşı Con da köləlikdən qaçdıqdan sonra bu addan istifadə etmişdirlər. Vəftiz Harrietin sahibi Norkomun xəbəri olmadan həyata keçirilmişdi. Harriet əmin idi ki, atasının soyadı Cekyobs olmalı idi, çünki onun atası azad ağdərili Henri Ceykobs idi.[9]

Köləlikdəki həyatı

[redaktə | mənbəni redaktə et]

Ceykobs altı yaşında ikən anası ölmüş və o, mərhum meyxanaçının qızı olan sahibəsi ilə birlikdə yaşamağa başladı. Sahibəsi ona təkcə tikiş tikməyi deyil, həm də oxumağı və yazmağı öyrədirdi. Harrietin qardaşı Con oxumağı öyrənməyi bacarsa da, gənc yaşlarında köləlikdən qaçarkən hələ də yaza bilmirdi.[10]

1825-ci ildə Harriet və Conun sahibi öldü. O, Harrieti üç yaşlı qardaşı qızı Meri Matilda Norkoma vəsiyyət etmişdi və Meri Matildanın atası, həkim Ceyms Norkom onun faktiki sahibi oldu. Onun qardaşı Con və sahibinin əmlakının qalan hissəsi isə meyxanaçının dul qadınına miras qalmışdı. Bununla belə, Norkom Conu işə götürmüşdü və o, Harriet ilə birlikdə yaşayırdı. Dul qadının ölümündən sonra onun kölələri 1828-ci il Yeni il həracında satılmış və Norkom tərəfindən satın alınaraq bacısı ilə birlikdə qalmışdır.

Sahibi Norkom tezliklə Harriet Ceykobsa cinsi təcavüz etməyə başladı. Norkomun təcavüzündən qorunmağı ümid edən Ceykobs bir neçə il sonra Nümayəndələr Palatasına seçiləcək, Şimali Karolinanın ağ elitasının üzvü olan ağdərili vəkil Samuel Souyer ilə münasibət qurdu. Souyer Ceykobsun yeganə uşaqları Cozef (1829/30)[11] və Luiza Matildanın (1832/33) atası idi.[12] Ceykobsun hamiləliyini öyrəndikdə, xanım Norkom onun evə qayıtmasını qadağan etdi və bu, Ceykobsa nənəsi ilə yaşamağa imkan verdi. Buna baxmayaraq, Norkom yenə də oraya çoxsaylı səfərləri zamanı təqiblərini davam etdirib.[13]

1835-ci ilin aprelində Norkom Ceykobsu nənəsinin evindən oğlunun plantasiyasına köçürdü.[14] 1835-ci ilin iyununda Harriet Ceykobs qaçmağa qərar verdi. Özü də quldarlıq edən ağdərili qadın onu özü üçün də riskli olsa da öz evində gizlətsə də, Ceykobs qısa müddətdən sonra şəhərin yaxınlığındakı bataqlıqda gizlənməli oldu və ən sonda nənəsinin evinin damı altındakı kiçik bir boşluqda sığınacaq tapdı. Bu sığınacağın uzunluğu 9 fut (3 m), eni 7 fut (2 m), hündülüyü isə ən hündür nöqtədə 3 fut (1 m) idi.[15] O, divara təmiz havanın və bir qədər işığın daxil olmasına imkan verən bir neçə kiçik deşik açmışdı. Buradan gələn şıq tikməyə, İncil və qəzetləri oxumağa kifayət edirdi.[16]

  1. 1 2 (unspecified title). ISBN 0-465-09288-8
  2. 1 2 J.E. Luebering Harriet Jacobs // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Harriet Jacobs // NCpedia (ing.).
  4. http://www.nytimes.com/2004/07/11/books/review/11REYNOLD.html.
  5. Yellin, Life 126
  6. The difficulties Blacks in similar circumstances had to overcome some decades later are discussed e.g. in: (#empty_citation)
  7. Yellin, Life 92
  8. Yellin, Life 18
  9. Jacobs, Incidents 121 Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine; Yellin, Life 40
  10. Jacobs, Incidents 94 Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine
  11. Yellin, Life 33, 351 (note to p. 224)
  12. Yellin, Life 278 (note to p. 39)
  13. Yellin, Life 28, 31
  14. The distance according to Yellin, Life, 43.
  15. Jacobs, Incidents 173 Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine
  16. Yellin, Life 50