Harvi Esayas

Harvi Delano Esayas (nid. Harvey Delano Esajas; 13 iyun 1974, Amsterdam, Niderland) — niderlandlı keçmiş futbolçu. Müdafiəçi mövqeyində çıxış etmişdir.

Harvi Esayas
Ümumi məlumatlar
Tam adı Harvi Delano Esayas
Doğum tarixi (50 yaş)
Doğum yeri Amsterdam, Niderland
Vətəndaşlığı
Boyu 185 sm
Çəkisi 84 kq
Mövqeyi Müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1993—1996 Niderland Feyenoord 8 (1)
1996—1997 Niderland Qroningen 9 (0)
1997—1998 Niderland Kambuur 0 (0)
1998–1999 Niderland Dordrext'90 7 (0)
1999 İspaniya Mostoles 10 (0)
1999—2000 İspaniya Real Madrid B 0 (0)
2000 İspaniya Samora 20 (0)
2004—2005 İtaliya Milan 1 (0)
2005—2006 İtaliya Lenyano 3 (0)
2006 İtaliya Lekko 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Futbol karyerası

[redaktə | mənbəni redaktə et]

Futbolda ilk addımları

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Amsterdamda Surinam mənşəli ailədə dünyaya gəlmiş Harvinin futbolda ilk addımları Ayaksın futbol akademiyasında başlamış, sonradan ulduz futbolçulara çevrilmiş Klarens Zeyedorf, KanuPatrik Klüvert kimi gənclərlə birgə oynamışdır. Daha sonra məşqlərini Anderlextin uşaq akademiyasında davam etmişdir.

Peşəkar klublarda fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Esayasın peşəkar futbolda debütü 1993-1994-cü il mövsümündə Feyenoord klubunda başlamışdır. Mövsümün startından bir qədər öncə Feyenoordun Helderse adlı həvəskar komanda ilə matçında Esayas rəqib futbolçu Ronald Sxutenə qarşı kobud oynayaraq onun çənəsini sındırmış, amma bu hərəkətinə görə cəza almamışdır.

Esayasın milli çempionatda ilk oyunu 24 oktyabr 1993-cü ildə Niderland derbisində baş tutmuş və o, bu oyunda Ayaksa qol vura bilmişdir. Matç 2-2 hesabı ilə bitmişdir. Uğurlu debütünə baxmayaraq Esayas Feyenoordun əsas heyətinə daxil ola bilməmiş və həmin mövsüm 5 matç, 1994-1995-ci il mövsümundə isə cəmi 3 matçda iştirak etmişdir. Növbəti çempionatda isə ümumiyyətlə forma geyinməmişdir.

Rottardamı tərk etdikdən sonra Esayas Qroningenlə müqavilə imzalamış, lakin nadir hallarda oynamaq imkanı qazanmışdır. Aşağı dəstə komandaları olan KambuurDordrextdə də əsas heyət oyunçusuna çevrilə bilməmişdir.

Niderlandda uğur qazana bilməyən Esayas xaricə üz tutsa da, FiorentinaTorinoda baxışdan keçə bilməmişdir. Daha sonra Real Madrid B komandasına qoşulmuş, amma Minyambres, Sesar Navas, Raul Bravo kimi oyunçularla rəqabətə dözə bilməmişdir. Daha sonra İspaniyanın SamoraMostoles kimi aşağı dəstə komandalarında da çıxış etmişdir.

Futbolsuz günləri

[redaktə | mənbəni redaktə et]

26 yaşında butslarını mismardan asmış Harvi Esayas növbəti, bəzi iddialara görə, Madrid gecəqondularında yaşamış, tramvaylarda pulqabı oğurlamaqla məşğul olmuşdur. Daha sonra Harvi bir kafedə qabyuyan işləmiş, daha sonra səyyar sirkə qoşulmuşdur. Deyirlər ki, sirkdə çadırların qurulmasında çalışmış, hətta arenada da çıxış etmişdir. Başqa bir şayiəyə görə, Harvi qeyri-qanuni qaydasız döyüşlərdə də iştirak etmişdir.

Tədricən Esayasın işləri daha yaxşı getmişdir. Öz sözlərinə görə, Portuqaliya ilə sərhədə yaxın Samora şəhərində antikvariat dükanına və gecə klubuna sahib olmuşdur.

Beləliklə, 3 il ərzində qaradərili holland bir dəfə də topa toxunmamış, formasını tamamilə itirmişdi.

Futbola qayıdışı

[redaktə | mənbəni redaktə et]

3 il ərzində futbol dünyasından yoxa çıxmış Esayasın həyatında çevriliş edən ümid Klarens Zeyedorfun sayəsində yarandı. 2004-cü ildə köhnə dostu Zeyedorfla görüşən Esayas futbola geri dönmək istəyini bildirdikdən sonra Zeyedorf həmin vaxt çıxış etdiyi Milan klubunun baş məşqçisi Karlo Ançelotti yarızarafatla azad müdafiəçi gətirə biləcəyini təklif etmişdi.

Milanelloda Esayasın məşq etməsinə yaşıl işıq yandıran klubun məşqçilər korpusu bir müddətdən sonra futbolçu ilə bağlı "nə isə bacarır, amma özünü qaydaya salmalıdır" qərarını verdi. Futboldan ayrı qaldığı 3 il ərzində çəkisi 100 kiloqrama qədər artmış Esayasa 5 aylıq sınaq müddəti təyin olundu.

Esayas psixoloq tutdu və sürətləndirilmiş məşq kursuna başladı. Bütün gününü fitnesə və məşqə sərf edən Harvi Esayas cəmi 3 ay ərzində 15 kiloqram ataraq özünü yenidən formaya saldı. Bu uğurdan mütəssir olan Milan rəhbərliyi 2004-cü ilin iyununda Esayasa birillik müqavilə təklif etdi.

2004-2005-ci illər mövsümündə Harvi Esayas A seriyasında çıxış edən Milanın ehtiyat oyunçular skaymasının üzvü idi. Onun ağır zəhməti 2005-ci ilin yanvarında öz bəhrəsini verdi: İtaliya kuboku çərçivəsində Rossonerilərin Palermoya qarşı matçının bitməsinə 3 dəqiqə qalmış Esayas Massimo Ambrozininin yerinə meydana daxil oldu. Oyunun son saniyələrində o, qol vəziyyəti belə yaratmağa imkan qazandı; onun cərimə meydançasına göndərdiyi asmanı danimarkalı Yon Dal Tomasson qapı tirinin üzərinə vurdu. Həmin matçda Esayasın topa toxunuşu Milan tiffozisinin alqışları ilə müşayiət olunurdu. Oyundan sonra isə oyunçu "Mən özümlə fəxr etdim. Mənə elə gəlirdi ki, vacib missiyanı yerinə yetirərək, futbol oynamağı bacardığımı sübut etdim" dedi. Mövsümün sonu Harvi Esayas üçün daha uğurlu bitə bilərdi, amma təəssüf ki, Milan Çempionlar Liqasının İstanbulda keçirilən finalında Liverpula oyunsonrası penaltilərdə məğlub oldu.

Milanı tərk etdikdən sonra Esayas C seriyasında LenyanoLekko klublarında çıxış etdi və 2005-2006-cı il mövsümündə öz karyerasına son qoydu.

"Biz uzun müddət Harvi üçün imkan axtardıq; bu imkanı Milan təqdim etdi. Öz tərəfimdən mən kluba, məşqçiyə və komandaya mənim Harvi ilə bağlı sözlərimə inandıqları üçün təşəkkür edirəm, çünki əvvəldə bunlar sadəcə sözlər idi. Heç kim Harvini tanımırdı. Mənim üçün bütün baş verənlər gözəl emosiyalar idi. Bu, əla bir futbol və həyat hekayəsidir və bizə bunu öyrədir: heç vaxt arzulamaqdan vaz keçmə" deyə Harvinin Milana keçidində ən böyük rol oynamış Klarens Zeyedorf söyləmişdi.

Esayas özü isə Milan karyerasını "Namümkünü mümkün etmiş insanın inanılmaz hekayəsi" kimi xarakterizə etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]