Hasarlar (film)

Hasarlar (ing. Fences) — 2016-cı ildə Avqust Uilsonun Pulitser mükafatı qazanmış eyniadlı pyesi əsasında Denzel Vaşinqtonun rejissorluğu ilə çəkilmiş ABŞ dövrü dram filmidir. Denzel Vaşinqtondan başqa filmdə Viola Devis, Stiven MakKinli Henderson, Covan Adepo, Rassell Hornsbi, Maykelti Uilyamson və Saniyya Sidney də iştirak etmişdir.

Hasarlar
ing. Fences
Janr dram filmi
Rejissor
Prodüser Todd Blek
Ssenari müəllifi Avqust Uilson
Əsaslanır Avqust Uilsonun Pulitser mükafatı qazanmış eyniadlı pyesi
Baş rollarda
Operator Şarlotta Brus Kristensen
Bəstəkar Marselo Zarvos
İstehsalçı Paramount Pictures
Distribütor Paramount Pictures, Netflix, Hulu[d]
İlk baxış tarixi 25 dekabr 2016[3], 16 fevral 2017[4], 16 dekabr 2016[5]
Müddət 138 dəqiqə[1]
Büdcə 24 milyon $[2]
Gəlir 64.414.761 $[6], 57.682.904 $[6]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Pitsburq[7]
IMDb ID2671706
Mükafatları Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı

Filmin əsas çəkilişləri 25 aprel 2016-cı ildə Pensilvaniya ştatının Pittsburq şəhərinin Hill dairəsində başlamış və 2016-cı ilin iyun ayının ortalarına qədər davam etmişdir[8]. Hasarlar ABŞ-də Paramount Pictures tərəfindən 16 dekabr 2016-cı ildə nümayiş etdirilmiş və çox müsbət rəylər alaraq 64 milyon dollar gəlir qazanmışdır.

Film Amerika Film İnstitutu tərəfindən 2016-cı ilin ən yaxşı on filmindən biri seçilmişdir[9]. Film 89-cu Akademiya Mükafatlarında çoxsaylı mükafatlara, o cümlədən dörd Oskar nominasiyasına namizəd olmuşdur: Ən Yaxşı Film, Ən Yaxşı Aktyor (Vaşinqton), Ən Yaxşı Köməkçi Aktrisa (Devis) və Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari. Film, həmçinin Vaşinqton üçün Ən Yaxşı Aktyor nominasiyasında Qızıl Qlobus mükafatına namizəd olmuş və Devis üçün Ən Yaxşı İkinci Plan Aktrisası mükafatını qazanmışdır[10].

Troy Meksson 1950-ci illərdə Pitsburqda zibil yığan işləyir. Gəncliyində yaxşı beysbolçu olan Mekssonun yeganə arzusu peşəkar beysbolçu olmaq idi. Lakin qaradərili futbolçular liqaya qəbul olunmağa başlayanda Meksson yaşına görə liqaya qəbul olunmur. Bədbəxtliyinə görə davamlı olaraq ətrafındakıları günahkar bilən Meksson yaxşı futbolçu olan oğlunun gələcək karyerasının da qarşısını alır[11][12].

  • Denzel Vaşinqton — Troy Meksson
  • Viola Devis — Rouz Meksson
  • Stiven Makkinli Henderson — Cim Bono
  • Covan Adepo — Kori Meksson
  • Rassell Hornsbi — Layons Meksson
  • Maykelti Uilyamson — Qebriel Meksson
  • Saniyya Sidney — Reynell Meksson
  1. "FENCES (2016)". AFI Catalog of Feature Films. Amerika Film İnstitutu. June 5, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2024.
  2. Şablon:Cite Box Office Mojo
  3. (unspecified title). ABŞ, Kanada.
  4. Fences (2016) - Release Info (ing.). IMDb, 1990.
  5. IMDb (ing.). 1990.
  6. 1 2 IMDb (ing.). 1990.
  7. 'Fences' filming turns back the clock in Pittsburgh. 2016.
  8. McNary, Dave. "Denzel Washington to Be Honored by Santa Barbara Film Festival" (ingilis). Variety. 2016-11-29. 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
  9. Hipes, Patrick. "AFI Awards: Best Of 2016 Film List Includes 'Silence', 'Hacksaw Ridge' & More". Deadline.com. 2016-12-08. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  10. "Golden Globes 2017: The Complete List of Nominations". The Hollywood Reporter. 2016-12-12. 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12. (#apostrophe_markup)
  11. Jerzy, Michael. "'Fences' Is A Poignant Commentary On The Meaning Of Life, For All People". The Federalist. DRLST Media. 2016-12-22. 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30. On a substantive level, the film's title refers to the actual fence Maxson, played by Washington himself, builds throughout the film, finally finishing it in the third act. While Troy sees the fence as an allegory to keep the Grim Reaper away, his wife, Rose—played near flawlessly by Viola Davis, who will most likely win an Oscar for her performance—explains that fences keep certain things out, but more importantly, they keep the things we want in.
  12. David Edelstein. "Denzel Washington's Fences Gets Stuck Between Stage and Screen". Vulture. New York Magazine. 2016-12-23. 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30. There's a literal fence at the center of Fences, but it doesn't resonate onscreen the way it does onstage. It's not a living metaphor. Troy, a gifted baseball player, was fenced-out of the major leagues when he was young but was too old to strut his stuff when he emerged after a long stint in prison. Now, he sees fences everywhere. The fence that he's building, though, underscores the barrier he has erected between him and his sons, one from each of his marriages.