Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru.
Havva Məmmədova | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 122 saylı Xankəndi |
Əvvəlki | Seçkilər keçirilməyib. |
Sonrakı | Flora Qasımova |
Şəxsi məlumatlar | |
Doğum adı | Həvva İsa qızı Məmmədova |
Doğum tarixi | 15 may 1958 (66 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | tarixçi, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.
Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir.
Evlidir, 3 övladı var.
Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdur. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.