Hayk Qarqaryan

Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1949–1953), Azərbaycan SSR təmli məhsullar sənayesi naziri (1947–1949), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi (1939–1941), Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1937–1939).

Hayk Karkaryan
erm. Հայկ Ավետիսովիչ Կարկարյան
bayraq
Azərbaycan SSR yeyinti sənayesi naziri
bayraq2
19 mart 1949 – 18 aprel 1953
ƏvvəlkiSüleyman Şərifov
SonrakıNurulla Ağayev (yüngül və yeyinti sənayesi naziri kimi)
bayraq
Azərbaycan SSR təmli məhsullar sənayesi naziri
bayraq2
24 mart 1947 – 19 mart 1949
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan SSR dadlı şeylər sənayesi naziri
bayraq2
15 yanvar 1947 – 22 mart 1947
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi
bayraq2
16 may 1939 – sentyabr 1941
Birinci katibMircəfər Bağırov
bayraq
Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
30 sentyabr 1937 – 15 aprel 1939
ƏvvəlkiSuren Badamyan
SonrakıQriqori Petrosyan
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1904(1904-09-04)
Doğum yeri
Vəfat tarixi 1988
Partiya

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hayk Avetisoviç Karkaryan 1904-cü ildə keçmiş Batum vilayətinin Şavşeti kəndində dəmirçi ailəsində anadan olmuşdur. Erkən yaşda valideynləri vəfat etdiyi üçün uşaq evinə verilmiş, burada komsomol yığıncaqlarına qoşulmuşdur. 1924-cü ildə komsomol sıralarına qatılmış, 3 ildən sonra isə komsomol təşkilatı tərəfindən işçi fakültəsinə[rus.] oxumağa göndərilmişdir. 1931-ci ildən ÜİK(b)P üzvü olmuşdur.[1]

1934-cü ildə işçi fakültəsindən məzun olduqdan sonra o, yeni açılmış Beriya adına mədənə (Zığ mədəni) işləməyə göndərilmişdir. O, burada qazma qrupunda həmkarlar ittifaqı komitəsinin sədri, sonra isə rayon mədən komitəsinin sədri vəzifələrində işləmişdir. Beriya adına mədəndən sonra qısa müddət ərzində Azərbaycan Kommunist Partiyası Kaqanoviç Rayon Komitəsində, sonra isə Qafqaz Neft Mədən İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi aparatında işləmişdir. Kaqanoviç rayon partiya komitəsi plenumunun üzvü olmuşdur.[1]

Hayk Karkaryan 1937–1939-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1939–1941-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi işləmişdir. Sonra isə Mərkəzi Komitə katibinin yüngül sənaye üzrə müavini olmuş, Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.[2]

Hayk Karkaryan 1988-ci ildə vəfat etmişdir.[2]

  1. 1 2 Hajq Avetisovic Qarqaryan // Qommunist. № 272 (5200). 26 nojabr 1937. S. 3.
  2. 1 2 "Каркарян Гайк Аветисович". knowbysight.info. Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]