Süleyman Şərifov

Şərifov Süleyman Qasımoviç (20 iyul 1911, Tiflis14 dekabr 1992, Bakı) — Azərbaycan SSR yeyinti sənayesi naziri.

Süleyman Şərifov
bayraq
Azərbaycan SSR ət və süd məhsulları sənayesi naziri
bayraq2
195? – 6 iyun 1957
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR xalq yeyinti sənayesi komissarı
bayraq2
4 dekabr 1946 – 194?
ƏvvəlkiPetros Adamyan
SonrakıHayk Karkaryan
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1911(1911-07-20)
Doğum yeri
Vəfat tarixi 14 dekabr 1992(1992-12-14) (81 yaşında)
Vəfat yeri
Hərbi xidmət
Döyüşlər

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Süleyman Şərifov 20 iyul 1911-ci ildə Tiflis şəhərində doğulmuşdur. 1942-ci ilə qədər Azərbaycanın bir sıra sənaye müəsissələrində məsul vəzifələrdə çalışmışdır. 1942-ci ildə Azərbaycan KP MK-nın tövsiyəsi ilə Qafqaz Siyasi İdarəsinin sərəncamına göndərilmiş və 396-cı Krım atıcı diviziyasının 803-cü atıcı alayının 3-cü atıcı batalyonunun komandiri vəzifəsinə təyin edilmişdir. Kerç şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmış və ordudan tərxis edilmişdir.

1946-cı ildən Azərbaycan SSR yeyinti sənayesi naziri, ət və süd məhsulları sənayesi naziri və digər məsul vəzifələrdə işləmişdir.

Müxtəlif çağırışlarda Bakı Şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK plenumunun üzvü seçilmişdir.

İki dəfə 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və bir sıra döyüş medalları ilə təltif edilmişdir.[1]

14 dekabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, Bakı şəhərindəki qəbiristanlıqda dəfn edilmişdir.

  1. Şərifov Süleyman Qasımoviç // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). XIV cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2014. səh. 150.