Heinz Röthke (alm. Heinz Röthke; 19 yanvar 1912, Angermünde, Alman İmperiyası -14 iyul 1966, Volfsburq, Almaniya) — SS Obersturmführeri, 1940-cı ildən işğal olunmuş Fransadan yəhudiləri deportasiyasa edən liderlərindən biri.
Haynz Rötke | |
---|---|
alm. Heinz Röthke | |
Doğum tarixi | 19 yanvar 1912[1] |
Vəfat tarixi | 14 iyul 1966[2] (54 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas, vəkil |
Partiyası | |
Üzvlüyü |
Haynz Rötke 19 yanvar 1912 ci ildə anadan olub. Berlin Humboldt Universitetində hüquq təhsili alıb. Haynz Rötke Münhendə[3] hökumət şurasında məmur vəzifəsində çalışıb. Fransanın işğalından sonra Brestdə hərbi məsləhətçi olub. 1942-ci ilin yazından o, Fransadakı gestaponun qondarma yəhudi hakiminin rəhbəri, Teodor Dannekkerin müavini olub və 1943-cü ilin iyulunda bu vəzifədə onu əvəz etdi. Yəhudilərin ölüm düşərgələrinə sürgün edilməsində fəal iştirak edib. Rötkenin 5 noyabr 1942-ci ildə İmperator Təhlükəsizlik Baş İdarəsinə göndərdiyi teleqram qorunub saxlanılmışdır:
![]() |
5 noyabr 1942-ci ildə Parisdə Yunanıstan vətəndaşlığı olan 11.000 yəhudi həbs edildi. Nəticədə dördüncü nəqliyyat 11 noyabr 1942-ci il çərşənbə günü Auşvitz həbs düşərgəsinə göndərilməlidir. | ![]() |
[4].}}
Müharibə bitdikdən sonra Rötke Volfsburqda yaşayıb və hüquq məsləhətçisi işləyib.[5] O, Fransada qiyabi ölüm cəzasına məhkum edilib.[6] 1961-ci ilin oktyabr ayından dövlət tərəfindən aylıq pensiya verilib. 1966-cı ilin iyulunda vəfat edib.