Henri Byufort (ing. Henry Beaufort; 1375 – 11 aprel 1447[1], Uinçester) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ikincisi idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq almışdır.
Henri Byufort | |
---|---|
ing. Henry Beaufort | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1375 |
Vəfat tarixi | 11 aprel 1447[1] |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | katolik keşişi[d], hakim |
Atası | Gentli Con |
Anası | Ketrin Svinford |
Ailəsi | Lankaster sülaləsi |
Dini | Roma-Katolik kilsəsi[2] |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Uinçester yepiskopu, Linkoln yepiskopu (1398) və 1426-cı ildən Roma kilsəsinin kardinalı olaraq fəaliyyət göstərmişdir. Bundan başqa 3 dəfə Lord kansler təyin edilmiş və İngiltərə siyasətində mühüm rol oynamışdır.