Henri Kellett (ing. Henry Kellett; 2.11.1806–1.3.1875) — Böyük Britaniyalı arktika dənizçisi, vitse-admiral (1868).
Henry Kellett | |
---|---|
ing. Henry Kellett | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrlandiya |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | İrlandiya |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], donanma zabiti[d] |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması[1] |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Afrikanın qərbində üzən qanunsuz gəmilərin təqiblərinə rəhbərlik etmişdir. Birinci Tiryək müharibəsində gəmi kanitanı olmuşdur.
1848–1850-ci illərdə Çukot dənizi ilə "Herald" (ing. Herald) gəmisində ekspedisiya etmişdir. 1849-cu ildə Herald adasını kəşf etmiş və adlandırmışdır. 1852–1854 illərdə Con Franklinin Kanada Arktik arxipelaqında müəmmalı şəkildə itkin düşməsindən sonra ora təşkil edilən ekspedisiyaya rəhbərlik etmişdir. Bu zaman Şahzadə Patrik, Melvill, Emerald adaları və Fisuilyam, Kellett boğazlarını aşkarlamışdır.
1869–1871 illərdə isə Böyük britaniyanın Çindəki mülklərinə aid donanmaya rəhbərlik etmişdir.
Kellettın adı ilə burun və boğaz adlandırılmışdır. 1988-ci ildə Herald adasına edilən ekspedisiya zamanı burada yerləşən zirvələrdən biri "Kellett dağı" olaraq adlandırılmışdır[2]