Henrix Şönfeld (alm. Heinrich Schönfeld; 3 avqust 1900[1], Kluj-Napoka – 3 sentyabr 1976[2], Toronto) — Yəhudi əsilli Avstriyalı futbolçu. Mövqeyi hücumçu olub. İtaliyada Enriko Şönfeld (it. Enrico Schoenfeld) adı ilə çıxış edib. İlk İtaliya çempionatının bombardiri olub.
Henrix Şönfeld | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1900[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1976[2] (76 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Şönfeld karyerasına 1916-cı ildə Avstriya Bundesliqasında çıxış edən "Rudolfshügel" klubunda qapıçı kimi başlayır. 1920/21 mövsümündən etibarən Henrix bu klubun hücum xəttində oynamağa başlayır. Bu cür hadisə bizim zamanımızda bu təəccüblü görunə bilər, amma o illərdə belə dəyişikliklər nadir deyildi. Hücumçu kimi ilk oyunda Henrix Vyananın "Hakoah" klubuna qol vurur.
1921/22 mövsümündə Henrix "Meran" klubuna keçir. O burada sürətlə komandanın liderinə çevrilərək, Cənubi Tirolun bölgəsinin ən məşhur oyunçularından biri oldu.
1923-cü ildə İtaliyanın "Torino" futbol klubunu çalışdıran Avstriya milli komandasının keçmiş oyunçusu Karl Stürmer Henrixi öz yanına dəvət edir. Burda Şönfeld çox uğurla çıxış edir və ilk mövsumdə 20 matçda 22 qol vuraraq çempionatın bombardiri olur. Növbəti mövsümdə Henrix "Torino" formasında cəmi 10 oyun keçirdərək cəmi bir qol vura bilir.
Mövsümün sonunda Henrix komandasını dəyişdirmə qərarı qəbul edir və "İnter" klubuna keçir. "İnter"də Şönfeld 4 oktyabr 1925-ci ildə "Udineze" ilə matçda debüt edərək ilk oyununda qol vurur.[3] O ilk mövsumundə "İnter" klubunda 14 görüş keçirdiərək 9 qol vurur.
"İnter"dəki bir mövsümdən sonra Şönfeld Avstriyaya dönür və tamamilə yəhudi futbolçulardan ibarət olan, Vyanadakı Yəhudi icması tərəfindən dəstəklənən "Hakoach" klubunda oynayır.
Daha sonra ABŞ-yə yollanaraq orada çıxış edir.
1930-cu ildə futbolçu karyerasını başa vuraraq məşqçi fəaliyyətinə başlayır.
II Dünya Müharibəsi bitdikdən sonra Şönfeld Avstriyanın Hallayn əyalətindəki qaçqınlardan ibarət "Hakoah" həvəskar klubunu çalışdırır. Ancaq 1954-cü ildə qaçqınların evlərinə qayıtmağa başladığı səbəbindən klub dağılır.
Mövsüm | Oyun | Qol |
---|---|---|
1915/1916 | 3 | 0 |
1916/1917 | 14 | 0 |
1917/1918 | 16 | 0 |
1918/1919 | bir | 0 |
1919/1920 | 0 | 0 |
1920/1921 | 7 | 2 |
1921/1922 | ? | ? |
1922/1923 | on üç | 15 |
1923/1924 | 20 | 22 |
1924/1925 | on | bir |
1925/1926 | 14 | 9 |
1926 | 8 | 6 |
1926/1927 | 6 | 3 |
1927/1928 | on | dörd |
1928/1929 | 12 | on bir |
1930 | 6 | 0 |