Herat yürüşü (1729)

Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.[2]

Herat yürüşü
Nadirin yürüşləri
Yürüşdəki əsas manevrləri nümayiş etdirən hərbi diaqram
Yürüşdəki əsas manevrləri nümayiş etdirən hərbi diaqram
Tarix 4 may-1 iyul 1729
Yeri Xorasan
Səbəbi II TəhmasibinNadir xanın Səfəvi hakimiyyətini Xorasanda bərpa etmək istəmələri
Nəticəsi Səfəvi dövləti qələbə qazandı.
Ərazi dəyişikliyi Əfqanlar yenidən Səfəvi imperiyasının vassalı oldu.
Münaqişə tərəfləri

Səfəvi dövləti

Abdali əfqanlar

Komandan(lar)

Nadir xan (yaralı)

Allahyar xan
Zülfiqar xan

Tərəflərin qüvvəsi

təxminən 30.000

17.000[1]
Allahyar xanın rəhbərliyi altında 15.000
Zülfiqar xanın rəhbərliyi altında 12.000

İtkilər

Normal sayda

Yüksək sayda

Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi.

Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdləryomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi. 1728-ci ilin noyabrında Nadir Təhmasiblə birlikdə Mazandarana gəldi. Məhəmməd Əli xan dərhal ona itət etdi, Zülfiqar isə tabe olmadı. Nəhayət, o da həbs edildi. Dekabrın sonlarında Mzandaranı tabe edən Nadir Gilanı geri qaytarmaq tələbi ilə ruslara elçi göndərdi. 1729-cu ilin martında Nadir Novruz bayramıMəşhəddə qeyd etdi və nəhayət, Herat yürüşü üçün genişmiqyaslı hazırlıqlara başladı.[2]

Nadirin yürüşlərinin canlı şahidi olmuş yunan taciri Bazil Vatatzesin yazdığına görə, Nadir ordusunu döyüşə hazırlamaq üçün hər gün təlimlər təşkil edirdi. Əlavə edirdi ki, Nadir təlim meydanına gəlir, 1000 yaxud 100 nəfərdən ibarət heyətləri salamlayırdı.

Ordunun təlimləri yekunlaşdıqdan sonra Nadir Təhmasiblə birgə Məşhəddən Herata üz tutdu. Bir qədər sonra Nadir ordusunun hazırlıq səviyyəsindən xəbər tutan əfqanlar Heratda Allahyar xanın başçılığı altında birləşdilər.[3]

Kafir Qala döyüşü

[redaktə | mənbəni redaktə et]

İki ordu Heratdan 50 mil qərbdə, Kafir Qala adlanan yerə qarşılaşdılar. Allahyar xan Nadir bu dəfə də adamlarını ehtiyyatla piyadaların artilleriyanı mərkəzdən əhatə etdiyi bir şəkildə yerləşdirdi. Sənqan döyüşündə olduğu kimi o, yenə də əsas qüvvələrdən kənarda ehtiyat süvariləri dəstələrinin başında mövqe tutdu. Düşmənin gücünü öyrənmək üçün onlarla toqquşma üçün kiçik süvari dəstəsi göndərdi. Əfqanların bu hücumu uğurla dəf edə bilməsi onun bütün planlarını pozdu. Əfqanlar onun ordusunun sol cinahına hücum etmiş və ordunun döyüş nizamını da poza bilmişdilər. Tüfəngçilər geri çəkilirdi. Bunu görən Nadir özü şəxsən döyüşə girdi və bir neçə əfqanı öldürdü. Əfqanlar şərqə doğru geri çəkilməyə başladı və toqquşma zamanı Nadir ayağından yaralandı. Gecə Nadir də ordusuna geri çəkilmə əmri verdi.[4]

Güc itirən əfqanlar Hari Rud çayı ıstıqamətində geri çəkilmək qərarına gəldilər. Nadir irəliləyərək Herat yaxınlığına qədər gəldi. Növbəti iki gün ərzində kiçik toqquşmalar yaşandı. Vəziyyətinin yaxşı olmadığını görən Allahyar xan sülh imzalamaq üçün elçi göndərdi. Nadir isə əfqan rəhbərlərinin hamısının onun yanına gəlib müqavilə imzalamalarını istədi. Bu zaman ona kömək gəldiyini eşidən Allahyar xan yenidən müqavimətə başladı. Lakin şəkiban yaxınlığında baş tutan və 2 gün davam edən döyüşlərdən sonra əfqanlar məğlub edildilər. Allahyar xan yenə sülh istədi, Nadir isə cavabında əfqan rəhbərlərinin bir-bir onun yanına gəlmələrini və ordularını buraxmalarını istədi. Bu cavabdan sonra Abdali tayfa başçıları bir-bir Nadirin yanına gəlib tabe olduqlarına dair and içdilər. Onlar gilzayilərlə Nadirə yardım edəcəkləri, gələcəkdə ona qarşı çıxmayacaqlarına söz verdilər.[2]

Sonradan tabe olan əfqanlar Nadirin etibarlı döyüşçülərinə və sərkərdələrinə çevrildilər. Bəzi əfqan tayfaları isə Məşhəd ətrafına köçürüldü. Nadir Təhmasiblə birlikdə 1729-cu ilin 1 iyulunda Məşhəd şəhərinə daxil oldu.

Bu məğlubiyyətdən sonra əfqanlar bir dəfə üsyan qaldırdılar. Lakin onların üsyanı yatırıldı. Əfqanların məğlub edilməsi Səfəvi imperiyasında əfqanların məğlubedilməzliyi ilə bağlı olan mifin məhv olması ilə nəticələndi və gilzayi əfqanlarla müharibə ərəfəsində döyüşçülərin əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu.[2]

  1. Moghtader, Gholam-Hussein(2008). The Great Battles of Nader Shah,p. 16. Donyaye Ketab
  2. 1 2 3 4 Maykl Aksvörti. Nadir şah. Bakı: Şərq-Qərb. 2018. səh. 180.
  3. Mehman Süleymanov. Nadir şah. Tehran. 2010. səh. 158. ISBN 978-600-91345-8-8.
  4. Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,p. 371. Etela'at Publishing