Herakl mağaraları (ərəb. مغارة هرقل) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara.
Herkules mağaraları | |
---|---|
ərəb. مغارة هرقل | |
Ümumi məlumatlar | |
Kəşf tarixi | 1878 |
Ətraf süxurları | əhəng daşı |
Giriş sayı | 2 |
İşıqlandırma | Elektrik |
Yerləşməsi | |
35°45′36″ şm. e. 5°56′51″ q. u. | |
Ölkə | Mərakeş |
Region |
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir.[1] Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı.[1] Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər [2]
E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni
1878-ci il — mağara yenidən aşkar edildi
1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub[2]
1920-ci il — mağara publika üçün açıldı
1952=ci il — Milli irs obyekti elan edildi
1982-ci il — elektrik fənərlər quraşdırıldı
1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi.[3] Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi.[4]
2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı[1]
2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı
2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı
Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradan Cəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərək Cəbəli-Tariq qayasında yerləşən Müqəddəs Mixail mağarasına çıxmaq olar. Əfsanəyə görə, Berberi makakaları Afrikadan Cəbəllütariğa məhz belə keçiblər.
Digər əfsanədə deyilir ki, buranın Herkules mağaraları adlandırılmasının səbəbi odur ki, Herakl 11-ci qəhrəmanlığını etmədən öncə burada istirahət edib. Onun 11-ci qəhramanlığı təxminən Hesperidin bağından qızıl almalar oğurlamaq idi.