Heviz (mac. Hévízi-tó) — Macarıstanın qərbində yerləşən termal göl. Göl kurort şəhəri Hevizin ərazisində yerləşir. Eləcədə Balaton gölünün qərb qurtaracağına yaxındır.
Heviz | |
---|---|
mac. Hévízi-tó | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,0475 km² |
Dərin yeri | 38 m |
Temperatur | |
• Minimum | 22 °C |
• Maksimum | 33-35 °C |
Yerləşməsi | |
46°47′14″ şm. e. 17°11′35″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Heviz gölü Avropanın sahəsinə görə ən böyük termal gölüdür (47 500 m²). Qış aylarında suyun temperaturu 24 °C, yayda isə 36 °C olur. Göl suyu 48 saat ərzində tam yenilənir. İl boyu ərazi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Heviz gölü nadır geoloji xüsusiyyətə malikdir. Bu tip gölün analoqu yalnız Yeni Zellandiyada olan Rotorua gölüdür. Göl suyunun temperaturu dərinlikdən çıxan geotermik suların-karst suyunun qarışması nəticəsində yüksəkdir[1]
1952 il [mg/l] |
1992 il [mg/l] | |
---|---|---|
K+ | 6,520 | 9,600 |
Na+ | 44,670 | 25,000 |
NH++ | - | 0,130 |
Ca++ | 87,730 | 87,000 |
Mg++ | 37,400 | 37,000 |
F- | 1,400 | 1,300 |
Cl- | 25,000 | 27,000 |
Br- | - | 0,120 |
I- | - | 0,023 |
S-- | 0,069 | 2,500 |
SO4-- | 94,620 | 63,000 |
HCO3-- | 414,870 | 353,000 |
H2SiO2 | 14,560 | 19,760 |
CO2 | 60,020 | 36,000 |
O2 | 0,360 | 3,800 |
Heviz gölünün suyu bir çox xəstəlikləri müalicə etmək xüsusiyyətinə malikdir: Dayaq-hərək apartaının xəstəlikləri, oynaq xətəlikləri, poliartrit, osteoxondroz, oynaqların xroniki xəstəlikləri, radikulit, qan dövranının pozğunluğu, podaqra, cinsi fəaliyyətin zəifliyi və s. Bronxial astma, tromboz, tuberkulez kimi xəstəliklərdə əks göstəriciyə malikdir.