Hewlett Packard Enterprise

HP (ing. Hewlett-Packard) Şirkəti mərkəzi ABŞ-də Palo Alto, Kaliforniyada çox böyük beynəlxalq bir şirkətdir. Məlumat əməliyyat, təzyiq sistemləri və ədədi göstərmə təchizatları istehsalçısıdır. Ayrıca proqram və xidmət təchizatçısıdır. HP, 1939-cu ildə Bill Hewlett və Dave Packard tərəfindən bir test və ölçü cihazları istehsalçı şirkəti olaraq qurulmuşdur. İlk məhsulu Model 200A adındakı audio oscillator precision idi. İlk fərdi kompüter olan Hewlett-Packard 9100A'nı 1968-ci ildə istehsal etmişdir. Daha sonra, 1970-ci illərdə kalkulyator, 1980-cı illərdə inkjet, lazer printer və skaner, 1990-cı illərdə stolüstü, dizüstü (noutbook) və server kompüterləri istehsalına başlamışdır.

HP
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Sənaye aparat təchizatı, informasiya texnologiyaları
Məhsulları Personal və tablet kompüter, smartfonlar, server, yaddaş cihazları, şəbəkə avadanlığı, printerlər, skaynerlər, sistem inteqrasiyası
Təsis tarixi 1939
Bağlanma tarixi 1 noyabr 2015
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 27.127.000.000 $
Ümumi aktivlər
  • 103.206.000.000 $ (2014)
Ümumi gəliri 2.000.000.000$ (2010)
Xalis mənfəəti 8,8 milyard$ (2010)
Struktur
İşçi sayı 317,500 (2013)
Rəhbərlik
Təsisçilər
Rəhbərlik Meg Vhitman
Baş icraçı direktor Meq Vaytman
HP.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2002-ci ildə Compaq şirkəti ilə birləşən HP şirkəti, ayrıcaHP-UX, Tru64 və OpenVMS əməliyyat sistemləri; PA-RİSC, IA64 və Alpha mikro əməliyyat sistemlərini; HP 9000 və ProLiant server və iş stansiyalarını və OpenView kimi rəhbərlik proqramları istehsal edir. Compaq ilə edilən birləşmənin təşkilat mənasında kifayət qədər həzm edilə bilməməsi və hədəflənən performansın ortaya qoyulamaması nəticəsində, HP-nin CEO-si Carly Fiorina 2005-ci ilin əvəllində səhmdarların tələbi istiqamətində vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdır. 2005-ci ilin əvəllindən bəri HP'nin CEO'su Mark Hurd olmuş və şirkət onun rəhbərliyində 2006 maliyyə ili içində 7 milyard dollarlıq orqanik böyümə təmin etmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]