Heyci Oykava

Heyci Oykava (及川 平治, Oykava Heyci?, 28 mart 1875[1], Miyaqi prefekturası1939[1] və ya 1 yanvar 1938[2])Yaponiya pedaqoqu. Yeni təhsil hərəkatında iştirak etmişdir.

Heyci Oykava
yap. 及川平治
Doğum tarixi 28 mart 1875(1875-03-28)[1]
Doğum yeri
Vəfat tarixi 1939[1] və ya 1 yanvar 1938(1938-01-01)[2] (62 yaşında)
Fəaliyyəti maarifçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1875-ci ildə Yaponiyanın Miyaqi prefekturasında doğulmuşdur. 1907–1936-cı illərdə Hyoqo prefekturasındakı Akaşi Qadınlar Normal Məktəbinin nəzdində olan ibtidai məktəbin direktoru olmuşdur. O, almanların qrup instruksiyası nəzəriyyəsinin müdafiəçisi olmuş, uşaqların yaşadığı təcrübələrin vacibliyini vurğulamışdır.[3] Amerikalı pedaqoq Con Dyuinin fikirlərindən təsirlənmişdir.[4]

Oykava 1920-ci illərin əvvəllərində Yaponiyada başlamış yeni hərəkatının nümayəndəsi olmuş və fikirlərini praktikaya çevirərək şagirdlərin fəaliyyətlərdəki iştirakını artırmağa çalışmışdır. O, məktəbdə öyrədilən şeylərin şagirdin həyatına inteqrasiya edilməsini və öyrədilənlər əsasında hərəkət edilməsi əsasında intellektin inkişaf etdirilməsini müdafiə etmişdir.[3]

1912-ci ildə "Praktiki qrup işinin pedaqogikası" (Bundan şiki doteki kyoiku koqi yoko) adlı əsəri nəşr olunmuşdur.[4] 1921-ci ildə Tokioda 5500 nəfərin iştirakı ilə baş tutmuş "Səkkiz Pedaqoq"un Pedaqoji Müdafiə Konfrasında "Dinamik təhsilin mahiyyəti" mövzusunda mühazirə ilə çıxış etmişdir.[5]

  1. 1 2 3 4 Record #254955323 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 1 2 Kodansha Encyclopedia of Japan. səh. 74
  4. 1 2 Yamasaki, Yoko. "The impact of Western progressive educational ideas in Japan: 1868–1940". History of Education (ingilisc'). 39 (5). sentyabr 2010: 575–588. doi:10.1080/00467601003687598. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.
  5. Mehl, Margaret. "N.F.S. Grundtvig, Niels Bukh and Other 'Japanese' Heroes. The Educators Obara Kuniyoshi and Matsumae Shigeyoshi and Their Lessons from the Past of a Foreign Country". European Journal of East Asian Studies (ingiliscə). 6 (2). 2007: 155–184. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]