Heydər Əliyev Muzeyi (Neftçala)

Heydər Əliyev MuzeyiNeftçala şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey.

Heydər Əliyev Muzeyi
Xəritə
Əsası qoyulub oktyabr, 2006
Mövzu bioqrafik
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Neftçala
Ünvan Heydər Əliyev pr.34a
Direktor Məmmədova Könül Fəxrəddin
Telefon (02126) 3-42-20
39°23′00″ şm. e. 49°15′00″ ş. u.HGYO
neftchala-ih.gov.az

Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixidilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[1]

Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.[1]

Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.[2]

Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur. Park 2007-ci ilin əvvəlində salınmışdır. Parkın ərazisi 7 min kvadratmetrdir. Parkda Heydər Əliyevin heykəli ucaldılıb. Heykəlin hündürlüyü postamentlə birlikdə 6,4 metrdir. Heydər Əliyev parkının yanında isə daha bir istirahət guşəsi — Neftçilər parkı salınmışdır.[4]

  1. 1 2 "Göyçay Rayon Heydər Əliyev Mərkəzi" (az.). ttps://kataloq.gomap.az. Archived from the original on 2023-01-25.
  2. "Göyçay Rayon Heydər Əliyev Mərkəzi" (az.). ttps://kataloq.gomap.az. Archived from the original on 2023-01-25.
  3. "Neftçalada Heydər Əliyev muzeyinin açılış mərasimi". 2012-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  4. Azərbaycan.-2007.-24 avqust.-S.2. "Heydər Əliyev muzeyinin açılış mərasimi" (az.). Archived from the original on 2021-12-08. İstifadə tarixi: 24 oktyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]