Heydər Əliyev Muzeyi (Naxçıvan)

Heydər Əliyev MuzeyiNaxçıvan şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey.[2][1][3]

Heydər Əliyev Muzeyi
Xəritə
Əsası qoyulub 1999
Mövzu bioqrafik
Ölkə
Yerləşir Naxçıvan, Azərbaycan
Kolleksiyası 4807[1]
Muzeyə yetişmək Naxçıvan
Telefon Tel.: +994 (36) 545-92-98
39°12′55″ şm. e. 45°24′24″ ş. u.HGYO
aliyev-museum.nakhchivan.az

Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və 10 may 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır.[1] Muzeydə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar öz əksini tapmışdır.[2][1][3]

Muzryin ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır.[1]

Habelə muzeydə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır. Həmçinin muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.[2][1][3]

  1. 1 2 3 4 5 6 "Heydər Əliyev Muzeyi" (Azərbaycan). dmfa.nakhchivan.az. 6-7-2011 tarixində arxivləşdirilib.
  2. 1 2 3 Sübhi Kəngərli. "Naxçıvanda Heydər Əliyev muzeyi" (Azərbaycan). www.anl.az. 8-9-2018 tarixində arxivləşdirilib.
  3. 1 2 3 "Naxçıvanda Heydər Əliyev muzeyi" (Azərbaycan). www.anl.az. 8-9-2018 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]