Heydər Əliyev abidəsi (Buxarest)

Heydər Əliyevin Buxarestdəki abidəsi — 2004-cü ilin oktyabrında Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin şərəfinə ucaldılmış abidə.[2]

Heydər Əliyev abidəsi
Ölkə Rumıniya Rumıniya
Yerləşir Buxarest
Ünvan Tey parkı[1]
Memarlıq üslubu büst
Həsr olunub Ümummilli Lider Heydər Əliyevə

Abidənin ucaldılması

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin oktyabrında Buxarestdə zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin büstünün açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və onların xanımları iştirak etmişlər. Əlamətdar haldır ki, 1989-cu il inqilabından sonra Rumıniyada xarici ölkələrin siyasi xadimlərindən yalnız 3 nəfərin - Şarl de Qoll, Mustafa Kamal AtatürkHeydər Əliyevin abidələri qoyulmuşdur.

Burada "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" xatirə kompleksi, üç uşaq meydançası, bir idman meydançası yaradılmışdır. İtibucaqlı ulduz şəklində olan mərkəzi fəvvarənin dövrəsində altı musiqili fəvvarə quraşdırılmışdır. Parkda fasiləsiz olaraq Azərbaycan və rumın xalq musiqisi səslənir. Parkın hasarının üzlənməsində Azərbaycan və rumın milli naxışlarından ibarət metal pannodan istifadə edilmişdir. Əsas giriş qapısı Azərbaycan milli memarlıq üslubunda - şəbəkəli tağ formasında düzəldilmişdir.[2]

Parkın açılışnda Azərbaycan Prezidenti İlham Əliyevi, Ruminya Prezidenti Trayan Beseskunu və onların xanımlarını Buxarestin ikinci sektorunun meri Nekulay Onsamu və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İoan Pop de Popa qarşılayırlar. Mərasimdə çıxış edən Nekulay Onsamu dövlət başçılarını salamlayaraq dedi ki, Buxarestdə Heydər Əliyev parkının açılması Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının parlaq təzahürüdür.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İoan Pop de Popa vurğuladı ki, Heydər Əliyev Rumıniyanın dostu idi, o, iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoymuşdur. O, Bakıda görkəmli rumın bəstəkarı Corc Eneskuya abidə ucaldılmasına görə Prezident İlham Əliyevə təşəkkür etdi.[2]

Abidənin açılışı zamanı Rumıniya Prezidenti Trayan Besesku çıxışında bildirdi ki, Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin və Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan parkın açılması Azərbaycan və Rumıniya xalqları arasında dostluq münasibətlərinə əyani sübutdur. O dedi ki, Xəzər və Qara dəniz regionlarında təhlükəsizlik və sülh zonası yaradılması üçün hər iki ölkə çox səy göstərir. Rumıniya beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə riayət edilməsinə xüsusi əhəmiyyət verir.

Dövlətimizin başçısı Azərbaycan-Rumıniya münasibətlərinin genişlənməsindən bəhs edərək qeyd edir ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanımış ölkələrin sırasında ikincidir. O, Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya səylərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsinə görə Rumıniya rəhbərliyinə təşəkkürünü bildirir.

Prezident İlham Əliyev vurğulayır ki, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq kimi, humanitar sahədə əlaqələr də fəal inkişaf edir. Bakıda rumın bəstəkarı Corce Eneskuya abidə ucaldılması və Buxarestdə Heydər Əliyev parkının açılışı buna əyani sübutdur. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirdi ki, dost Rumıniya ilə Azərbaycanın əlaqələri daha da genişlənəcəkdir. Azərbaycan və Rumıniya prezidentləri və onların xanımları Heydər Əliyevin büstü önünə gül qoydular.[2]

  1. "Azərbaycan Prezidenti və xanımı Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər" (az.). https://az.trend.az. Archived from the original on 2022-10-28. İstifadə tarixi: 24 oktyabr 2022.
  2. 1 2 3 4 "Buxarestdə Heydər Əliyev adına parkın açılışı" (az.). http://www.anl.az/. Archived from the original on 2020-08-03. İstifadə tarixi: 15 oktyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]