Heydəri

Heydəri – zərbi muğam olub "Şüştər" lad-məqamı üzərində qurulub. O da 4/2 ölçüsünə əsaslanır. Bu zərbi muğam başqalarına nisbətən həcmcə bir qədər kiçikdir.

Heydəri XIX əsrdə populyar zərbi muğamlardan biri olub. Tarzən Mirzə Fərəcin zərbi muğamlar siyahısı dediklərimizi təsdiq edə bilər. Heydərinin mətn əsasını, adətən, professonal şeriyyət təşkil edir. Maraqlıdır ki, başqa zərbi muğamlardan fərqli olaraq Heydəri ənənəyə görə vokal-instrumental bölmə ilə deyil, məhz sazəndə dəstəsinin ifa etdiyi instrumental bölmə ilə tamamlanır. Deməli bu zəruri muğamda instrumental bölmə daha fəaldır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]