Heydərpaşa məscidi (yun. Χαϊντάρ-πασά τζαμί, türk. Haydarpaşa Camii) və ya əvvəlki adı ilə Müqəddəs Yekaterina kilsəsi ― Şimali Nikosiyada tarixi məscid. Məscid Lefkoşada Aya Sofiya katedralından sonra ən vacib qotik binadır.[3] Tikili Harri Lük tərəfindən adadakı qotik binaların ən yaxşı nümunələrindən birini təmsil edən əsər olaraq təsvir edilmişdir.
İslam | |
Heydərpaşa məscidi | |
---|---|
Ölkə | |
Üslubu | qotika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tikili 14-cü əsrdə, Kipr krallığı dövründə inşa edilmiş və Müqəddəs Yekaterina kilsəsi adlandırılmışdır.[4] 1570-ci ildə Lefkoşanın Osmanlılar tərəfindən fəthindən sonra bura məscidə çevrilmişdir. Buraya tarixən "Ağalar camisi" deyilirdi. Çünki burada tez-tez onun ətrafında yaşayan türk yerli aristokratları rastlaşırdılar.[5] Məscid Kirlizade küçəsində yerləşir.[6]
Binanın sağ tərəfində Müqəddəs Yekaterinanın məzarının olduğu deyilən yer hələ 19-cu əsrdə qeyd edilmişdir. Kipr yunanları tez-tez gəlib burada yağ lampalarını yandırırdılar. Sağ tərəfdə qədim şəhərin Aya Sofiyanın minarələrindən sonra ən hündür minarəsi olan minarə yerləşir.[7] Tikilinin iki girişi var. Qərb qapısında üç dəfə təkrarlanan iki əjdaha arasında bir gül olan mərmər lintel var. Daha çox inşa edilmiş digər qapı isə cənub tərəfdədir.[3]
Məscidin sol tərəfində ona bitişik olan, yalnız bir neçə qotik tağın qaldığı yarı-dağınıq tikili yerləşir. Sağda isə bəzəkli və finiallı bir portal da var.
Tikilinin interyeri ağardılmış və xeyli zədələnmişdi.[7] Lakin ağartma 20-ci əsrin əvvəllərində götürülmüşdür və divarlardakı rəəsm izləri görülür.
Məsciddə həm mehrab (Məkkənin istiqaməti), həm də minbər sağ tərəfdə yerləşir.[7]
Bura hal-hazırda incəsənət qalereyası olaraq fəaliyyət göstərir[8] və əvvəllər nikah qeydiyyatı idarəsi olmuşdur.