Səlimiyə məscidi

Səlimiyə məscidi (yun. Τέμενος Σελιμιγιέ Témenos Selimigié; türk. Selimiye Camii), tarixən Müqəddəs Sofiya kafedralı və ya Aya Sofya məscidi (türk. Ayasofya Camii) ― Şimali Nikosiyada yerləşən məscidə çevrilmiş keçmiş xristian kafedralı. Tarixən şəhərin əsas məscidi olmuşdur. Səlimiyə məscidi Bizans dövrünə aid olduğu ehtimal edilən və əvvəllər Kiprdə mövcud olan ən böyük və ən qədim qotik kilsəsinin yerində inşa edilmişdir.

Sünni İslam (1570 - bu gün)
Səlimiyə məscidi
Din
Xeyir-duası 1326
Statusu aktiv
Ölkə
Üslubu qotika
Səlimiyə məscidi xəritədə
Səlimiyə məscidi
Səlimiyə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid ümumilikdə 2500 nəfərin ibadəti üçün nəzərdə tutulmuş 1750 m²-lik sahəyə malikdir.[3] Tikili Lefkoşada mövcud olan ən böyük tarixi binadır və mənbələrə görə "İslamın yüksəlişi ilə Osmanlı dövrünün sonları arasındakı minillikdə Şərqi Aralıq dənizində inşa edilmiş ən böyük kilsə ola bilər".[4] Bura həm də Kipr kralları üçün tacqoyma kilsəsi idi.

Əvvəllər Bizans kilsəsi

[redaktə | mənbəni redaktə et]

Kafedralın adı Yunan dilində "müqəddəs müdriklik" mənasını verən Aya Sofiya ifadəsindən götürülmüşdür. Kevork K. Keşişyana görə kafedralın belə adlandırılması əvvəllər eyni yerdə mövcud olmuş Bizans kafedralı ilə bağlıdır.[5] Bununla belə Bizans mənbələrində belə bir kafedral yoxdur. Belə bir kafedralın varlığına dair yanlız bir dəlil var: 11-ci əsrə aid bir əlyazmada şəhərdə Aya Sofiya adlı episkop kilsəsinin mövcudluğundan bəhs edilir.[6]

İnşaat və Frank dövrü

[redaktə | mənbəni redaktə et]

Kafedralın inşasının nə zaman başladığı müəyyən deyil. Tikiili tədricən Yunan sələfini əvəz etmiş və ya onun yanında tikilmiş ola bilər.[4] Təməl daşının qoyulması üçün göstərilən tarix 1209-cu ildir və bunun üçün məsul olan Latın Lefkoşa arxiyepiskopu müxtəlif mənbələrdə Thierry[7] və ya Albert[8] olaraq adlandırılmışdır. Bununla birlikdə Daha erkən bir başlanğıc tarixini iddia edən fikirlər də mövcuddur.[9] Hətta iddialara görə tampliyerlər ordeni 1191–1192-ci illərdəki hakimiyyəti dövründə yeni bir kafedralın inşası üçün bir az səy göstərmiş ola bilər. Bəzi mənbələrdə Fransa kralı IX Lüdovikin 1248-ci ildə Yeddinci Səlib yürüşü üçün Kiprə gəlişinin tikintiyə təkan verdiyi qeyd edilsə də,[10] bu iddianı təsdiqləyən bir dəlil yoxdur.[4]

1267 və 1303-cü illərdə baş verən zəlzələr nəticəsində kafedral iki dəfə ziyan görmüşdür[10][4] 1267-ci zəlzələsi nefin inşasında əhəmiyyətli bir gecikməyə səbəb oldu.[11] Baş yepiskop Covanni del Konte 1319-cu ilə qədər nefnarteksin tamamlanmasına nəzarət etdi.[9] O həmçinin kafedralın freskalar, heykəllər,[12] mərmər arakəsmələr və divar rəsmləri ilə bəzədilməsini də başlatdı. 1326-cı ildə kafedral nəhayət təqdis edildi və rəsmi olaraq açıldı.[11][13]

Kipr krallığı dövründə kafedral Kipr krallarının tacqoyma kilsəsi kimi xidmət etmişdir.

1373-cü ildə genuyalıların Kiprə hücumu zamanı kafedral ziyan gördü.[10]

Venesiya dövrü

[redaktə | mənbəni redaktə et]
Lefkoşanın 1597-ci ildə yaradılan xəritəsində mərkəzi bir xüsusiyyət olaraq göstərilən Aya Sofiya kafedralı

1491-ci ildə baş verən zəlzələ nəticəsində kafedral ciddi ziyan gördü. Venesiya Senatı zərərin düzəldilməsini əmr etdi və arxiyepiskop illik 250 dukat vergi ödəyən xüsusi bir komissiya qurdu. Təmir çox geniş və hərtərəfli idi: 1507-ci ildə Pierre Meseng, binanın 20 və ya 22 il əvvəl "tamamilə yıxılmasına" baxmayaraq, o zaman çox gözəl göründüyünü qeyd etmişdir.[14]

Venesiyalılar Lefkoşa divarlarını inşa etdikdən sonra Aya Sofiya kafedrali şəhərin mərkəzi oldu. Bura, ətrafında şəhərin formalaşdığı orta əsr Avropa kafedrallarinin mövqeyini əks etdirirdi.[15]

Osmanlı dövrü

[redaktə | mənbəni redaktə et]
İngilislərin şəhəri ələ keçirməsindən dərhal sonra, 1878-ci ildə Səlimiyə məscidi

1570-ci ildə şəhərin 50 günlük Osmanlı mühasirəsi zamanı kafedral çox sayda insana sığınacaq verdi. 9 sentyabrda, şəhər işğal olunanda yepiskop Fransisko Kontarini binada son xristian xütbəsini verdi. Kafedralın qapısını sındıran və başqaları ilə birlikdə yepiskopu da öldürən Osmanlı əsgərləri buradakı xristian əşyalarını parçaladılar[5] və ya atdılar və xorun yanında nefi məhv etdilər.[16] Sonra komandir Lələ Mustafa Paşanın qatıldığı və kafedralın rəsmi olaraq məscidə çevrildiyi 15 sentyabr tarixində veriləcək ilk cümə namazına hazır olmaq üçün məscidin içini yudular.[5] Həmin il binaya mehrabminbər kimi digər İslam xüsusiyyətləri ilə birlikdə iki minarə də əlavə edildi.[17]

Məscidin ilk imamı Osmanlı İmperiyasının Moreya vilayətindən olan Moravizadə Əhməd Əfəndi idi.[18]

Bundan sonra məscid Sultan Səlim vəqfinin mülkiyyətinə çevrildi. Bundan əlavə mailiyyələşdirilməsi üçün bir sıra əlavə fondlar da yaradıldı.[19] Səlimiyyə məscidi Osmanlı dövründə adadakı ən böyük məscid idi və həftəlik cümə namazı üçün Osmanlı valisi və elita tərəfindən istifadə edilirdi.

Cümə namazı Lefkoşa və ətraf kəndlərdən çox sayda müsəlmanı da cəlb edirdi. İzdihamın məscidə tez-tez gəlməsi səbəbindən yanında bir bazar inkişaf etdi və ərazi ticarət mərkəzinə çevrildi. Məscidin ətrafı yaxınlarda Böyük Mədrəsə və Kiçik Mədrəsə kimi mədrəsələr tikilərək təhsil mərkəzinə çevrildi.[20]

1949-cu ildə imanlar azan oxumaq üçün minarəyə çıxmağı dayandırdılar və bunun yerinə səsgücləndiricilərdən istifadə etməyə başladılar. 13 avqust 1954-cü ildə Kipr müftisi Kiprin fəthi zamanı rəsmi olaraq imperatorluğa rəhbərlik edən Osmanlı sultanı II Səlimin şərəfinə məscidi "Səlimiyə çəscidi" adlandırdı.[5]

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. 1 2 archINFORM (alm.). 1994.
  3. "Lefkoşa'ya 3657 mümin aranıyor". Haber Kıbrıs. 20 fevral 2011. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2016. (#empty_citation)
  4. 1 2 3 4 Schabel, 2012
  5. 1 2 3 4 Keshishian, Kevork K. Nicosia: Capital of Cyprus Then and Now (2nd). Nicosia: The Moufflon Book and Art Centre. 173–8. (#empty_citation)
  6. Papacostas, 2006
  7. Coureas, Nicholas. The Latin Church in Cyprus, 1195–1312 (illustrated). Ashgate. 1997. səh. 211. ISBN 9781859284476. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2015.
  8. Schabel, 2012. səh. 155
  9. 1 2 Riley-Smith, Jonathan. A History of the Crusades. Oxford University Press. 1999. ISBN 9780191579271. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  10. 1 2 3 Güven, 2014
  11. 1 2 Setton, 1977
  12. "Latin Cathedral of St. Sofia (Selimiye mosque)". Ministry of Foreign Affairs of the Republic of Cyprus. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2015.
  13. "Latin Cathedral of St. Sofia (Selimiye mosque)". Ministry of Foreign Affairs of the Republic of Cyprus. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2015.
  14. Enlart, Camille. Gothic art and the Renaissance in Cyprus (illustrated). Trigraph Limited. 1987. 88. ISBN 9780947961015.
  15. Erçin, Çilen. "The Physical Formation of Nicosia in the Turkish Republic of Northern Cyprus from 13th to 15th Century" (PDF). Megaron Journal (Turkish). Yıldız Teknik University. 9 (1). 2014: 34–44. doi:10.5505/megaron.2014.25733. 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 mart 2015.
  16. Gürkan, Haşmet Muzaffer. Dünkü ve Bugünkü Lefkoşa (Turkish) (3rd). Galeri Kültür. 117–8. ISBN 9963660037. (#empty_citation)
  17. Alasya, 2002
  18. Bağışkan, Tuncer. "Lefkoşa Şehidaları (1)". Yeni Düzen. 31 may 2014. 24 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2015.
  19. Bağışkan, 2013
  20. Gürkan, Haşmet Muzaffer. Dünkü ve Bugünkü Lefkoşa (Turkish) (3rd). Galeri Kültür. 117–8. ISBN 9963660037.
  • Alasya, Halil Fikret. Kıbrıs // İslam Ansiklopedisi (Turkish). 25. Türk Diyanet Vakfı. 2012. 383–4.