Hidayət mədrəsəsi

Hidayət mədrəsəsi (az.-əbcəd هیدایت مدرسه‌سی‎) — Qacarlar dönəmində Urmiyada Şəhriyarxan Nazim əl-Dövlə sifarişi ilə tikilmiş tarixi mədrəsə.

Hidayət mədrəsəsi
37°33′02″ şm. e. 45°04′13″ ş. u.
Ölkə İran
Şəhər Urmiya
Yerləşir Urmiya
Aidiyyatı Qacarlar dövləti
Sifarişçi Şəhriyarxan Nazim əl-Dövlə
Material Kərpic[1], Kaşı[1]
Hidayət mədrəsəsi (İran)
Hidayət
mədrəsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Qacar dönəmində və 19-cu əsrin sonlarında tikilmiş mədrəsə binası əvvələr Qacar boyunun ağsaqqallarının evi kimi istifadə edilsədə 1968-ci ildə mədrəsə statusu aldı. Hidayət mədrəsəsi indilikdə Urmunun sıx yaşayış masivində yerləşərək, dörd yandan yaşayış evləri ilə əhatə olununb. Hazırda mədrəsə İmam xiyabanının Mehr küçəsində yerləşir.[2] Mədrəsə binası keçmişdə qəzalı olsada, 1998-ci ildə onda quruculuq işləri aparılaraq, bərpa edilmişdir.

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hidayət mədrəsəsinin kitabələrinin məhv edildiyinə görə, onun hansı ildə tikilməsi və memarının adı bəlli deyil. Ancaq material növü və tikiliş formasından demək olar ki Qacar dönəmində tikilmişdir. Mədrəsənin ən gözəl və dəyərli hissəsi, həyətinin güneyində yerləşən binadır. Mədrəsinin tikintisində istifadə edilən əsas materiallar kərpic və kaşıdır.[3] Binanın tikilişində işlədilən rəngli şüşələr, dördbucaq şəkilli kərpiclər və yeddi rəng kaşılar, binanın gözəlliyinə səbəb olubdur. Binada ən geniş bəzək işləri, ağac bəzəkləridir.

Görüntülər[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://iranarchpedia.ir/entry/17080.
  2. "Lastsecond: Hedayat school of Urmia". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  3. "Arktourism". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.