Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton[1] – 26 sentyabr 2022[2], Manaslu[2]) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub.
Şəxsi məlumatlar | |
---|---|
Milliyəti | Amerikalı |
Doğumu | 13.12.1972 Sietl, Vaşinqton, Amerika |
Vəfatı | 26.09.2022 Manaslu, Nepal |
Yaşayış yeri | Amerika |
Peşəsi | Alpinizm |
Saytı | [[1]] |
Alpinistlik karyerası | |
Alpinist növü | Dağ-xizək idmanı |
Ən yüksək dərəcə | Everest |
Əsas fəth etmələr | Everest,Lhotze |
Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi.[3] Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub.[4]
26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib. Sentyabrın 28-də onun cəsədi Manaslu dağının cənub tərəfindəki Thulagi buzlaqın üstündə tapılıb. Nelsonun cəsədi 2 oktyabr 2022-ci ildə Katmanduda basdılırıb.
Lhotse[5]
Heç bir şey [6]
Denali Təcrübəsi[7]
Mümkün olmayan eniş [8]