Himalay Qasımov (tam adı: Qasımov Himalay Ənvər oğlu; 21 fevral 1939, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor[1]
Himalay Qasımov | |
---|---|
Qasımov Himalay Ənvər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Ədəbiyyat |
Elmi dərəcəsi | Filologiya elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Üzvlüyü | Yeni Azərbaycan Partiyası |
Mükafatları | Tərəqqi |
Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Evlidir. İki övladı var.
1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir.
1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, onlarla elmlər namizədi və elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi, 40-dan çox namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututnda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuşdur.
Hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının “Pedaqoqlar” ərazi təşkilatının sədridir.
“Ədəbiyyat nəzəriyyəsi”; “Müasir Azərbaycan ədəbiyyatı tarixi” ali məktəbin bakalavr və magistr pilləsi üçün proqramlarının ilk müəllifidir.
Azərbaycan — 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif edilmişdir.[2]