Himeyuri memorialı

Abidənin 2013-cü ildə çəkilmiş şəkli.

Himeyuri qülləsi (ひめゆりの塔, Himeyuri no to?)Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən memorial abidə.[1] Abidə İkinci dünya müharibəsi zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur.[1]

"Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur: Okinava Normal Məktəbi və Okinava 1 Saylı Qızlar Liseyi.[1] Bu söz adıçəkilən təhsil müəssisələrinin 1916-cı ildə yaratdıqları jurnalın adından yaranmışdır.[1] Tezliklə bu məktəblərdə təhsil alan şəxslər Himeyuri tələbələri adlanmağa başlanmışdır.[1]

İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar.[1] Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür.[1]

İkinci dünya müharibəsindən sonra Himeyuri tələbələrinin birinin qohumu Kinco Vaşin ərazi sakinləri ilə birlikdə insan qalıqlarını toplamağa başlamış və 1946-cı ildə bu abidənin əsasını qoymuşdur.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Əsasən kenotaflardan ibarət olan abidə müharibə zamanı Himeyuri tələbələri tərəfindən yaradılmış Haebaru sahə xəstəxanasının ərazisində və eyniadlı mağaranın yaxınlığında yerləşir.[1] Bu mağara Himeyuri tələbələri tərəfindən əsgərlərə tibbi yardım göstərmək üçün istifadə olunmuşdur.[1] Abidənin yaxınlığında Himeyuri Sülh Muzeyi yerləşir.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Okinava yazıçısı İşino Keyiçiro bu hadisə əsasında "Himeyuri qülləsi" adlı əsər yazmışdır.[1] Əsər əsasında 1953-cü ildə Yaponiyada eyniadlı film çəkilmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Reflecting on the Horrors of War: Okinawa's Himeyuri Cenotaph and the Himeyuri Peace Museum". Nippon.com (ingiliscə). 13 may 2022. 24 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2022.