Himeyuri Sülh Muzeyi

Himeyuri Sülh Muzeyi (ひめゆり平和祈念資料館, Himeyuri Heyva Kinen Şiryokan?)Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən muzey.[1] Muzey Okinava döyüşü zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur.[1]

Himeyuri Sülh Muzeyi
Xəritə
Əsası qoyulub 23 iyun 1989
Açılış tarixi 23 iyun 1989
Ölkə
Yerləşir İtoman
26°05′46″ şm. e. 127°41′25″ ş. u.
himeyuri.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur.[1] Onların 1916-cı ildə yaratdıqları jurnalın adından yaranan bu söz bu məktəblərdə təhsil alan şəxsləri adlandırmaq üçün istifadə olunmağa başlanmışdır.[1]

İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar.[1] Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür.[1] Himeyuri Sülh Muzeyi 1989-cu ildə bu şəxslərin fədakarlığını anmaq və müharibə xatirələrini nümayiş etdirmək məqsədilə yaradılmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey Himeyuri qülləsinin yaxınlığında yerləşir.[1] İki məktəbin əsas binası əsasında modelləşdirən muzey binasında müharibədən əvvəlki dövrü təsvir edən sənədlər, sahə xəstəxanasının dioraması və sağ qalmış Himeyuri tələbələrinin mesajları sərgilənir.[1] Muzey ziyarətçilərini Okinava döyüşündən bir il əvvəl – 1944-cü ildə məzun olmuş sinifin fotosu qarşılayır.[1]

Muzeyin birinci sərgi zalı məktəblərin həyatına həsr olunub.[1] İkinci sərgi zalında isə Himeyuri tələbələrinin vəzifələri və xəstəxana kimi istifadə olunmuş Haebaru mağarasının modeli sərgilənir.[1] Üçüncü sərgi zalında müharibədən sağ çıxmış Himeyuri tələbələrinin müsahibələri və ABŞ ordusu tərəfindən çəkilmiş fotoları nümayiş etdirilir.[1] Dördüncü sərgi zalında sağ qalanların yazılı xatirələri və Himeyuri tələbələrinin fotoları yer alır.[1] Beşinci sərgi zalında sağ qalan Himeyuri tələbələrinin bəyannaməsi öz əksini tapmışdır: "Bizim hər birimiz müharibədə yaşadıqlarımızı danışmağa davam edəcəyik".[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Reflecting on the Horrors of War: Okinawa's Himeyuri Cenotaph and the Himeyuri Peace Museum". Nippon.com (ingiliscə). 13 may 2022. 24 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]