Himizu (ヒミズ?) — Minoru Furuyanın eyniadlı manqası əsasında 2011-ci ildə çəkilmiş dram filmi.[3] Rejissor — Sion Sono.[3][4] Himizu sözü yapon dilində köstəbəklərin bir növü kimi tərcümə olunur.
Himizu | |
---|---|
ヒミズ | |
Janr | dram filmi[1] |
Rejissor | Sion Sono |
Prodüserlər | Haruo Umekava, Masaşi Yamazaki |
Ssenari müəllifləri | Minoru Furuya, Sion Sono |
Baş rollarda | Söta Sometani, Fumi Nikaydo |
Operator | Sohey Tanikava |
İstehsalçı | Gaga Communications |
İlk baxış tarixi | 6 sentyabr 2011[2] |
Müddət | 130 dəq. |
Ölkə | Yaponiya |
Dil | Yapon |
Rəng | rəngli |
Çəkiliş yeri | İbaraki prefekturası |
IMDb | ID1900893 |
Film 68-cı Venesiya Film Festivalının baş mükafatına nominasiya olunmuşdu.[5] Film baş mükafatı qazana bilməsə də, nümayiş etdirdikləri ifaya görə Söta Sometani və Fumi Nikaydo Marçello Mastroyanni adına Ən Yaxşı Yeni Cavan Aktyor və Aktrisası mükafatına layiq oldular.[6]
2011-ci ilin 11 martında Senday zəlzələ və tsunamisi baş verdikdə rejissor Sion Sono artıq filmin ssenarisini yazmışdı.[7] Fəlakətdən sonra o, ssenarini hadisəyə adaptasiya etmək üçün yenidən yazmaq qərarına gəldi.[7]
Baş rolların ifaçılarının adları 10 iyun 2011-də açıqlandı. Baş rolu Söta Sometani ifa edir. Onun qəhrəmanı, 15 yaşlı məktəbli Sumida atasının ona qarşı törətdiyi zorakılıqdan əzab çəkir. Aktrisa Fumi Nikaydo Sumidanın zəngin sinif yoldaşı Çazavanın rolunu ifa etdi.
Əlavə aktyorlar heyətinin adı sentyabrın 2-si açıqlandı. Bunlar Yosuke Kubozuka, Yuriko Yoşitaka, Anne Suzuki və müğənniTakahiro Nişicima oldu. Yoşitaka bundan öncə Sion Sononun 2006-cı ildə rejissorluq etdiyi Norikonun nahar masası filmində də rol almışdı.[8] Nişicima AAA musiqi qrupunun üzvüdür və Sononun mükafat qazanmış Love Exposure filmində rol almışdı.[9]
Çəkilişin əsas hissəsi 2011-ci ilin may ayı ərzində İbaraki prefekturasında hazırlanmış xüsusi yerdə aparıldı.
The Hollywood Reporterdan Debora Yanq filmi "iki saatlıq müddəti üzrə qəddar zorakılıq və lazımsız təkrarlamalarla dolu" adlandırdı və onun "asanlıqla sevilən film olmadığını" söylədi.[7] Buna baxmayaraq, icmalçı filmin sonunu tərifləyib onu "ağrıverici dərəcədə real" və "qeyri-standart gərgin və effektiv" adlandırdı.[7] Həmçinin, filmin cavan aktyorları Söta Sometani və Fumi Nikaydonu tərifləyib onların "film ərzində böyüdüklərini" bildirdi.[7]
İl | Mükafat | Kateqoriya | Nəticə | Qazanan |
---|---|---|---|---|
2011 | 68-ci Venesiya Film Festivalı | Marçello Mastroyanni mükafatı | Qazandı | Söta Sometani və Fumi Nikaydo[6] |
Çarlestonda kilsəyə silahlı hücum törədən Dilann Ruf "Himizunu" sevimli film olduğunu soylədi. Filmdəki "Həyatım çamur hissəsindən də qiymətsiz olsa da, onu cəmiyyətə xeyir gətirmək üçün istifadə etmək istəyirəm" sözləri Rufun manifesti sayılan "The Last Rhodesian"da gətirilmişdi.[10][11][12]