Marçello Mastroyanni

Marçello Mastroyanni (it. Marcello Mastroianni) — İtaliya aktyoru.

Marçello Mastroyanni
it. Marcello Mastroianni
Doğum adı Marcello Vincenzo Domenico Mastrojanni[1]
Doğum tarixi
Doğum yeri Fontana Liri, Latsio, İtaliya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Dəfn yeri
  • Kampo Verano[d]
Uşaqları 2
Partnyorları
Fəaliyyəti aktyor, kino aktyoru
Fəaliyyət illəri 1947—1996
Təhsili
Mükafatları Oskar (1963, 1978, 1988)
BAFTA (1961, 1965)
Devid di Donatello (1964)
Qızıl kamera (1995)
Ən yaxşı aktyor (1970, 1987)
IMDb ID0000052
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marçello Vinçenso Domeniko Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olmuşdur. Uşaqlığı, eləcə də gəncliyi TurinRoma şəhərlərində keçmişdir. Bu dövrdə tamaşalar son dərəcə neorealist üslubunda hazırlanırdı. İş elə gətirir ki, aktyorun çəkildiyi ilk filmlər də bu üslubda olur.

Lukino Viskontinin "Bəyaz gecələr" və Mario Moniçellinin "Naməlum cinayətkarlar" filmlərində çəkilən Mastroyanni Fellininin "Şirin həyat" filminə çəkiləndən sonra daha da məşhurlaşır. Bu ekran əsəri onu bütün Avropaya tanıdır.

1961-ci ildə kino tənqidçiləri Mastroyanninin "Gecə" filmində (rejissor: Mikelancelo Antonioni) ifa etdiyi obrazı müzakirə edirlər. Bu aktyorun iştirakı ilə sonralar çəkilmiş "İtalyansayağı boşanma" filmi də uğur qazanır. Marçello bu kinoda Stefaniya Sandrelli ilə birgə çəkilmişdi. Bu əsərin rejissoru Pyetro Cermi olmuşdur.

O, ardıcıl olaraq iki dəfə Britaniya kino akademiyasının mükafatını qazanmışdır. Daha sonra isə Federiko Fellininin "Səkkiz yarım" filmində çəkilən aktyor burada Klaudiya Kardinale ilə tərəf-müqabil olmuşdur. Elə bu filmin çəkildiyi ildə də ona "Dünən, bu gün, sabah" layihəsində Sofi Lorenlə işləmək nəsib olur.

Mastroyanni ilk dəfə 1946-cı ildə Flora Karabella ilə ailə həyatı qursa da o, əsl məhəbbətini Fransada tapır. Məhz orada aktrisa Katrin Denövlə evlənir və onların bir qızı dünyaya gəlir[2].

XX əsrin 70–80-ci illərində Mastroyanni əvvəlki illərə nisbətən daha çox filmdə çəkilir. Hər il onun iştirakı ilə bir neçə film kinoteatrlara çıxırdı. 1986-cı ildə isə o, Kann kinofestivalının mükafatını qazanır və "Oskar"a namizəd göstərilir.

M. Mastroyanni son kino rollarından birini 1994-cü ildə rejissor Robert Oltmanın "Yüksək dəb" filmində ifa etmişdi.

Marçello Mastroyanni 19 dekabr 1996-cı ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1949 Avqustun bazar günü Domenica d’agosto Erkole Nardi
1949 Dəniz üzərində ürək Cuori sul mare Massimo Falçetti
1951 Paris həmişə Parisdir Parigi è sempre Parigi Marçello Venturi
1954 Kanar şahzadəsi La principessa delle Canarie don Diyeqo
1954 Məhəbbət günləri Giorni D'Amore Paskuale
1957 Atalar və oğullar Padri e figli Çezare
1957 Bəyaz gecələr Le notti bianche Mario
1958 Həmişəki naməlumlar I Soliti Ignoti Tiberio
1960 Şirin həyat La Dolce Vita Marçello Rubini
1960 Gözəl Antonio Il bell'Antonio Antonio
1961 İtalyansayağı boşanma Divorzio all'italiana Ferdinando Çefalu
1961 Gecə La notte Covanni Pontano
1962 Ailə tarixçəsi Cronaca familiare Enriko
1963 Səkkiz yarım 8 ½ Qvido Anselmi
1963 Dünən, bu gün, sabah Ieri, oggi, domani Karmine Sbarati / Renso / Auqusto Ruskoni
1964 İtalyansayağı nikah Matrimonio All’Italiana Domeniko Soriano
1965 Kazanova-70 Casanova 70 Andrea Rossi-Kolombotti
1965 Onuncu qurban La Decima Vittima Marçello Poletti
1965 Bu gün, sabah, birisigün Oggi, domani, dopodomani Mario / Mişel
1967 Yad Lo straniero Artur Merso
1968 Sevgililər Amanti Valerion
1970 Günəbaxanlar I Girasoli Antonio
1971 Bu ancaq başqalarının başına gəlir Ça n’arrive qu’aux autres Marçello
1971 İcazə verin, özümü təqdim edim, Rokko Papaleo Permette? Rocco Papaleo Rokko Papaleo
1971 Keşişin arvadı La moglie del prete don Mario
1972 Nə? Che? Aleks
1973 Romada qətl Massacre In Rome Pyetro Antonelli
1973 Böyük acgözlük La Grande Abbuffata Marçello
1974 Ağ qadına toxunma Touche pas a la femme blanche general Corc Armstronq Kaster
1975 Qanqsterin oyuncağı La Pupa Del Gangster Çarli Koletto
1975 Bazar gününün qadını La donna della domenica Salvatore Santamaria
1976 Xanımlar və cənablar, gecəniz xeyrə qalsın Signore e signori buonanotte Paolo
1976 Todo modo Todo modo don Qaytano
1977 Əlvida, kişi Ciao maschio Luici Noçello
1977 İkiqat qətl Doppio delitto Bruno Baldassarre
1978 Qanlı ədavət Fatto di sangue fra due uomini per causa di una vedova, si sospettano moventi politici Rozario Mariya Spallone
1979 Neopolitan detektivi Giallo napoletano Rafael
1979 Özünlə qal Cosi' come sei Culio Marenqo
1980 Qadınlar şəhəri La Città Delle Donne Snaporaz
1981 Dəri La pelle Kursio Malaparte
1981 Sevgi kabusu Fantasma d’amore Nino Monti
1982 Qapı arxasında Oltre la porta Enriko Sommi
1982 Yeni dünya Il Mondo Nuovo Cakomo Cirolamo Kazanova
1983 Pyeranın hekayəti Storia Di Piera Lorenso
1986 Cincer və Fred Ginger E Fred Pippo Bottiçella ("Fred")
1987 Müsahibə Intervista özü
1987 Qara gözlər Очи чёрные memar Romano Patroe
1989 Saat neçədir? Che ora è? Marçello
1990 Hər kəsin bütün işləri qaydasındadır Stanno Tutti Bene Matteo Skuro
1991 Gözəl sevgi Cin cin Çezario Qrimaldi
1992 İkinci nəfəs Used People Co Meledandri
1993 Bu barədə danışmaq istəmirəm De Eso No Se Habla Lüdoviko D’Andrea
1994 Yüksək dəb Prêt-à-Porter Sergey / Sercio
1995 Buludlar arxasında Al di là delle nuvole rəssam
1995 Simon Sinemanın 101 günü Les Cent et une nuits de Simon Cinema italyan dost
1996 Üç həyat və bir ölüm Trois vies et une seule mort Mateo Strano
  1. (unspecified title). Rivista del Cinematografo.
  2. "Великая любовь Марчелло Мастроянни и Катрин Денев". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]