Hindistan platforması

Hindistan platforması[redaktə | mənbəni redaktə et]

Bütövlükdə Hindistan yarmadasdını və Seylon adasını əhatə edən qədim platformadır. Hindistan platforması şimalda alp qırışıqlığı sistemini ( Himalay) ilə haşiyələnmişdir, cənubda isə Hind okeanı suları altına enir. Hindistan platformasının əsasını geniş ərazilərdə səthə çıxmış arxeyproterozoy şistlərkvarsitlərdir. Hindistan platformasının başlıca xüsusiyyətlərindən biri üst təbaşirdəpalogenin əvvəllərində əmələ gəlmiş qalın trapp örtüyünün olmasıdır. Proterozoy erasından sonra Hindistan platforması demək olar ki, dəniz suları altında olmamışdır. Dəniz çöküntülərinin Hindistan platformasının açıq kənar hissələrində rast gəlinərək, üçüncü dövrə aiddirlər. Platformanın şimal hissəsində dördüncü dövrün kontinental çöküntüləri yayılmışdır. Hindistan platforması Afrika, AvstraliyaBraziliya platformaları ilə birlikdə Qondvanaya daxildir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B. Məmmədov,Y.Q. Əliyev.İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.