Arxey

Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi.

Etmologiyası və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü.

Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir.[1]

Arxeyin başlağıcında Yerin istilik axını bugünkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi.

Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, MontanaVayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir. Qranit süxurlar hələ də mövcud olan Arxeyin kristal qalıqlarında üstünlük təşkil edir. Nümunələr arasında böyük ərimiş təbəqələr və qranit, diorit, anortozit, həmçinin monsonitin həcmli plutonik kütlələri var. Arxey Eonuna məxsus süxurlar çox vaxt ağır metamorfikləşmiş palçıq daşları, vulkanik çöküntülər və lentşəkilli dəmir birləşmələri kimi dərin su çöküntüləridir. Vulkanik fəaliyyət bugünkü ilə müqayisədə xeyli yüksək idi və nəticədə komatitlər kimi bu gün nadir tapılan süxurlar meydana gəlirdi.[2] Karbonatlara bu dövrdə rast gəlinmir və bu da Proterozoy dövrü ilə müqayisədə okeanlardakı həll edilmiş karbon qazının daha turşulu olduğunu göstərir.[3]

Qitələrin Arxeydə meydana gəldiyi düşünülür, baxmayaraq ki, geniş geoloji sübutların olmaması səbəbindən onların meydana gəlməsi ilə bağlı təfərrüatlar hələ də müzakirə olunur. Fərziyələrdən birinə görə indi Hindistanda, qərbi AvstraliyadaAfrikanın cənubunda tapılmış süxurlar 3,100 milyon il əvvələ qədər Ur adlanan bir qitənin hissəsi olmuşdur.[4]

Arxeyin sonunda, 2500 milyon il əvvəl, tektonik plitələrin aktivliyi müasir Yer kürəsi ilə oxşar ola bilər.

Arxey atmosferində sərbəst oksigenin demək olar ki, olmadığı düşünülür. Astronomlar Günəşin indiki parlaqlığının təxminən 70-75%-inə sahib olduğunu düşünürlər. Halbuki Yerdəki temperatur yalnız 500 milyon il əvvəldən sonra müasir səviyyələrə yaxın olmuşdur. Maye suyun varlığı çöküntü protolitlərinin metamorfizmi nəticəsində ortaya çıxan bəzi yüksək deformasiya olunmuş qneyslər tərəfindən sübut olunur. Mülayim temperatur, Yer kürəsinin tarixində sonrakı dövrlərdə daha çox miqdarda istixana qazının yaranmasına gətirib çıxara bilmiş ola bilər.

Həyatın xronologiyası
-4500 —
-4000 —
-3500 —
-3000 —
-2500 —
-2000 —
-1500 —
-1000 —
-500 —
0 —
Suyun mənşəyi
Erkən həyat
Erkən oksigen
Atmosferik oksigen
Erkən bitkilər
Erkən heyvanlar
(Milyon il əvvəl)

Yer üzündə erkən həyatın nə zaman yarandığı tam aydın deyil, ancaq həyatın ya Katarxey eonunun sonuna yaxın, ya da Arxey eonunun əvvəlində meydana gəldiyinə dair əsaslı dəlillər mövcuddur.

Yer üzündəki həyat üçün ən erkən dəlillər Qərbi Qrenlandiyada kəşf edilmiş 3,7 milyard illik süxurlarda tapılan biogen mənşəli qrafitdir.[5]

Ən erkən müəyyən edilən fosillər stromatolitlərdən ibarətdir, onlar sianobakteriyaların dayaz suda yaratdığı mikrob örtükləridir. Ən qədim stromatolitlər Qərbi Avstraliyada kəşf edilmiş 3,48 milyard illik qumdaşında aşkar edilmişdir.[6][7] Stromatolitlər Arxey boyunca rast gəlinir[8] və Arxeyin sonlarında birlikdə yaşamağa başlamışlar.[9]:307 Sianobakteriyalar atmosferdə sərbəst oksigen meydana gəlməsində mühüm rol oynayırdı.[10]

Katarxeyin sonlarında həyatın sübutları daha mübahisəlidir. 2015-ci ildə, 4,1 milyard il əvvələ aid sirkonlarda biogen karbon aşkar edilmişdir, lakin bu sübut ilkindir və təsdiqləməyə ehtiyac duyur.[11][12]

Arxeydə həyat Prokariot adlanan sadə tək hüceyrəli orqanizmlərlə(nüvələri olmayan) məhdudlaşır. Bakteriyalara əlavə olaraq Arxeydə mikrpfosillər də də müəyyən edilmişdir. Arxeydən məlum olan eukariot fosilləri yoxdur, baxmayaraq ki, Arxeydə heç bir dəlil qoymadan inkişaf etmiş ola bilərlər.[9]:306,323 Viruslar kimi ultramikroskopik hüceyrəsiz parazitlər üçün fosil sübutları aşkar edilməyib.
Yerdəki fosilləşmiş qalıqlardan tapılan mikroblar həyatın 3.22 milyard il əvvəl quruda qurulduğunu göstərir.[13]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Arxey". stratigraphy.org.
  • "When did plate tectonics begin?". utdallas.edu. Teksas universiteti.
  • "Arxey (xronostratiqrafiya cədvəli)". ghkclass.com.
  1. "International Chronostratigraphic Chart v.2013/01" (PDF). International Commission on Stratigraphy. yanvar 2013. 17 iyul 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 aprel 2013.
  2. Dostal J. "Igneous Rock Associations 10. Komatiites". Geoscience Canada. 35 (1). 2008. 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  3. Cooper JD, Miller RH, Patterson J. A Trip Through Time: Principles of historical geology. Columbus: Merrill Publishing Company. 1986. səh. 180. ISBN 978-0675201407.
  4. Rogers JJ. "A history of continents in the past three billion years". Journal of Geology. 104 (1). 1996: 91–107. Bibcode:1996JG....104...91R. doi:10.1086/629803. JSTOR 30068065.
  5. Ohtomo Y, Kakegawa T, Ishida A, Nagase T, Rosing MT. "Evidence for biogenic graphite in early Archaean Isua metasedimentary rocks". Nature Geoscience. 7 (1). 8 December 2013: 25–28. Bibcode:2014NatGe...7...25O. doi:10.1038/ngeo2025.
  6. Borenstein, Seth. "Oldest fossil found: Meet your microbial mom". AP News. 13 November 2013. 16 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2013.
  7. Noffke N, Christian D, Wacey D, Hazen RM. "Microbially induced sedimentary structures recording an ancient ecosystem in the ca. 3.48 billion-year-old Dresser Formation, Pilbara, Western Australia". Astrobiology. 13 (12). December 2013: 1103–1124. Bibcode:2013AsBio..13.1103N. doi:10.1089/ast.2013.1030. PMC 3870916. PMID 24205812.
  8. Garwood, Russell J. "Patterns In Palaeontology: The first 3 billion years of evolution". Palaeontology Online. 2 (11). 2012: 1–14. 26 iyun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2015.
  9. 1 2 Stanley SM. Earth System History. New York: W.H. Freeman and Company. 1999. ISBN 978-0716728825.
  10. "Early life: Oxygen enters the atmosphere". BBC. 5 sentyabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2012.
  11. Borenstein S. "Hints of life on what was thought to be desolate early Earth". Excite. Yonkers, NY: Mindspark Interactive Network. Associated Press. 19 oktyabr 2015. 23 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2015.
  12. Bell EA, Boehnke P, Harrison TM, Mao WL. "Potentially biogenic carbon preserved in a 4.1 billion-year-old zircon". Proceedings of the National Academy of Sciences of the United States of America (Early, published online before print). 112 (47). November 2015: 14518–14521. Bibcode:2015PNAS..11214518B. doi:10.1073/pnas.1517557112. PMC 4664351. PMID 26483481.
  13. Woo, Marcus. "Oldest Evidence for life on land unearthed in South Africa". livescience.com. 30 July 2018. 17 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2020.