Hippotion celerio

İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür.

İri tənək hafı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İri tənək hafı
Beynəlxalq elmi adı

Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır.[1]

Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, AzərbaycandaTalış (Zuvand).[2]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir. Tırtılları üzüm və sirğagülü bitkisi ilə qidalanır. Bunlardan başqa qida bitkiləri sırasına həmçinin üzüm, qatıqotu (galium verum), yağıotu, mahmızca, yerkökü, əvəlik, doqquzdon, fuchsia, xınagülü, colocasia esculenta, parthenocissus daxildir. Növün ekologiyası hərtərəfli öyrənilməmişdir. Təbii düşməni və xəstəlikləri məlum deyil.

R. Əffəndi tərəfindən Zuvandda 1 fərd qeydə alınmışdır. Son tədqiqatlarda rast gəlinməmişdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin yaşadığı ərazilər nəzarətdə saxlanmalı, monitorinqlər təşkil edilməlidir. Tutulması qəti qadağan edilməlidir.

  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013.
  2. Миляновский Е.С. Фауна чешуекрылых Абхазии // Тр. Сухум. опытн. ст. эфиромасл. культур. Сухуми, 1964.190 с.;