Hirotake Yano (矢野 博丈, Yano Hirotake?, 19 aprel 1943, Pekin – 12 fevral 2024, Hiqaşihiroşima[d], Hiroşima prefekturası) – Yaponiya biznesmeni. "Daiso" diskaunter mağazalar şəbəkəsinin qurmuşdur. O, Yaponiyada dollar mağazası biznes modelinin qabaqcılı hesab olunur.[2]
Hirotake Yano | |
---|---|
yap. 矢野 博丈 | |
Doğum tarixi | 19 aprel 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2024 (80 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək çatışmazlığı[1] |
Təhsili |
|
Fəaliyyəti | iş adamı |
1943-cü ildə Çində Koro Kurihara adı ilə doğulmuşdur. Beş qardaş və üç bacıdan ibarət ailədəndir. Katsuyo Yano ilə evləndikdən sonra soyadını dəyişdirmiş, bu qərarını "Kurihara soyadının biznes dünyası üçün yaxşı səslənməməsi" ilə izah etmişdir.[3]
1967-ci ildə Çuo Universitetindən məzun olmuşdur. Məzun olduqdan sonra qayınatasının balıqçılıq şirkətində işləməyə başlasa da, bankrot olmuşdur. 1972-ci ildə Hiroşimadan Tokioya köçmüş və zibil emalı ilə məşğul olan şirkətdə işləyərək bəzi borclarını ödəmişdir. Atasının istəyi ilə Hiroşimaya qayıtmış və bir neçə işdə işləmişdir.[3]
1972-ci ildə "Yano" adlı ilk mağazasını qurmuşdur. 1977-ci ildə şirkətini ancaq 100 yenlik məhsullar satan mağazalar şəbəkəsinə çevirmiş və şirkətə "böyük anbar" mənasına gələn "Daiso" adını vermişdir.[3] "Daiso" şirkəti sürətlə böyümüş və Yaponiyada 4360 mağazası açılmışdır.[2] 2001-ci ildə ilk xarici filialının (Tayvanda) açılışı baş tutmuşdur. Daha sonra Avstraliya, Səudiyyə Ərəbistanı, İndoneziya və ABŞ-də növbəti xarici mağazalar açılmışdır.[3] Yano 2018-ci ildə şirkət prezidentiliyi vəzifəsini oğluna ötürmüşdür, özü isə 2019-cu ilə qədər şirkət sədri vəzifəsini yerinə yetirməyə davam etmişdir.[4]
12 fevral 2024-cü ildə Hiroşimada ürək çatışmazlığı səbəbilə ölmüşdür.[2]