Hit Me Hard and Soft

Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib.

Hit Me Hard and Soft
Billi Ayliş tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 17 may 2024
Janr Qotik rok[1][2][…]
Müddət 43:45
Dil ingilis dili
Leybl
Prodüser
Billi Ayliş albomlarının xronologiyası
"Guitar Songs"
(2022)
"Hit Me Hard and Soft"
(2024)
Videoklip
 HIT ME HARD AND SOFT

Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib.

Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.[3] Bu mahnılar “Nobody Like U”, “U Know What's Up” və “1 True Love” adlanırdı. Mahnıların hər biri filmdəki uydurma oğlan qrupu “4*Town”un ifasında səslənirdi.

Billi Ayliş 2022-ci ilin 21 iyul tarixində iki trekdən ibarət olan “Guitar Songs” adlı mini-albomunu sürpriz şəkildə, əvvəlcədən elan etmədən təqdim etmişdir. Zane Lowe-a danışan Billi qeyd etdi ki, “TV” və “The 30th” trekləri onun üçüncü studiya albomunda yer almayacaq.[4]

2022-ci ilin noyabrında Billi Ayliş, yeni mahnılar yazdığını Instagram hekayəsi vasitəsi ilə izləyiciləri ilə bölüşmüşdür. Billi Ayliş 2023-cü ildə “Barbi” filmi üçün “What Was I Made For?” mahnısını yazmışdır.[5] Bu mahnı 2023-cü ildə ona bir "Oskar" və iki "Qremmi" mükafatı qazandırmışdır.[6]

Billi Ayliş 2023-cü ilin martında Donald Qloverin çəkdiyi “Sürü” serialında kiçik rol almışdır. Bu serialda onun canlandırdığı obraz qadınlardan ibarət olan təriqətə liderlik edirdi.[7]

2023-cü ilin oktyabrında 102.7 KIIS FM-ə müsahibə verən sənətçi, yeni albomunun 80% hazır olduğunu ifadə etdi.[8] 2024-cü ilin əvvəllərində Billi Ayliş üçüncü albomunun artıq tamamən hazır olduğunu və buraxılmaq üzrə olduğunu açıqlayıb.[9] Müğənni fevralda "Qremmi" mükafatlarındakı söhbəti zamanı bildirib ki, öz yeni albom erasına Ariana Qrande yeddinci albomunu buraxdıqdan sonra başlayacaq. Ariananın albomu “Eternal Sunshine” 8 mart 2024-cü il tarixində işıq üzü görüb.

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Hit Me Hard and Soft trek siyahısı
BaşlıqMüddət
1."Skinny"3:39
2."Lunch"2:59
3."Chihiro"5:03
4."Birds of a Feather"3:30
5."Wildflower"4:21
6."The Greatest"4:53
7."L'Amour De Ma Vie"5:33
8."The Diner"3:06
9."Bittersuite"4:58
10."Blue"5:43
Ümumi müddət:Ümumi: 43:45
  1. https://web.archive.org/web/20240518103132/https://www.slantmagazine.com/music/billie-eilish-hit-me-hard-and-soft-album-review/.
  2. https://web.archive.org/web/20240518153735/https://www.latimes.com/entertainment-arts/music/story/2024-05-17/billie-eilish-hit-me-hard-and-soft-review.
  3. Shutler, Ali. "Listen to three Billie Eilish and Finneas penned tracks from Disney's 'Turning Red'". NME (ingilis). 2022-03-12. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  4. Dazed. "Listen to Billie Eilish's surprise Guitar Songs EP". Dazed (ingilis). 2022-07-22. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  5. "BILLIE EILISH RELEASES "WHAT WAS I MADE FOR?" AHEAD OF "BARBIE" FILM | THE UNTITLED MAGAZINE" (ingilis). 2023-07-17. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  6. Stevens, Matt. "'What Was I Made For?' Wins Billie Eilish (and 'Barbie') an Oscar". The New York Times (ingilis). 2024-03-11. ISSN 0362-4331. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  7. Hailu, Selome. "Billie Eilish Breaks Down 'F—ed Up' 'Swarm' Character, Resonating With Storyline: Passionate Fans Are 'Beautiful' Yet 'Really Scary'". Variety (ingilis). 2023-06-15. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  8. "Finneas Says Billie Eilish's Next Album Is '85 Percent Done' | Billboard Canada". www.billboard.com (ingilis). 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  9. "Billie Eilish Reveals Her Upcoming Album Is 'Mastered'". Peoplemag (ingilis). 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.