Hoşyar Sultan (1796 – 1849, Məkkə, Həbəşistan əyaləti) — 30. Osmanlı sultanı II Mahmudun xanımı.
Hoşyar Sultan | |
---|---|
هوشيار سلطان | |
| |
Vəzifədədir | |
1810-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1796 |
Vəfat tarixi | 1849 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşı | II Mahmud |
Uşaqları |
Mihrimah Sultan (II Mahmudun qızı) Şahzadə Əbdülhəmid |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Osmanlı sultanı III Mustafanın qızı Beyhan Sultanın övladlığı olan Hoşyar Sultan 1796-cı ildə anadan olmuşdur. 1811-ci ildə sarayda keçirilən bir şənlikdə Hoşyar Sultanı görən Sultan Mahmud onu Beyhan Sultandan istədi. Beyhan Sultanın razılığını aldıqdan sonra cütlük evləndi. 1812-ci ildə Mihrimah Sultanı, 1813-cü ildə isə oğlu Şahzadə Əbdülhəmidi dünyaya gətirdi. Oğlu çox yaşamadı və 1825-ci ildə vəfat etdi. Qızı Mihrimah Sultanı Səid Mehmed Paşayla evləndirdi. Ancaq çox keçmədən hamilə olan qızı da vəfat etdi. Qalan ömrünü sarayda sakit keçirdi.
Daha sonra Dolmabağça sarayı yaxınlığındakı köşklərdən birinə köçdü. Burada sədrəzəm Kiprli Mehmed Əmin Paşanın xanımı Mələk xanımla tanış oldu və qalan həyatını onunla birlikdə keçirdi. 1859-cu ildə həcc ziyarəti üçün Məkkəyə yola çıxmış, ancaq orada vəfat etmişdir.