Hobbit: Gözlənilməz səyahət (film, 2012)

Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir.

Hobbit: Gözlənilməz səyahət
ing. The Hobbit: An Unexpected Journey
Janr fentezi filmi[d], macəra filmi, döyüş filmi, Epik film, ədəbi əsər ekranlaşdırılması[d]
Rejissor
Prodüserlər
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İstehsalçılar New Line Cinema, Metro-Goldwyn-Mayer, Warner Bros.
Distribütor Fórum Hungary[d], Netflix
İlk baxış tarixi 13 dekabr 2012[1], 28 noyabr 2012, 12 dekabr 2012, 14 dekabr 2012[2]
Müddət 169 dəq., 182 dəq.
Büdcə 180.000.000 $
Gəlir 1.017.003.568 $, 303.030.651 $[3]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0903624
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin mövzusu

[redaktə | mənbəni redaktə et]

111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır.

Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir. Lakin Kral Traduil ordusunu qırğına verməmək üçün geri dönür və Cırtdanlar yurd yuvasız həyat yaşamağa məcbur olurlar. Bu zaman Kralın nəvəsi Torinin Elflərə qarşı sonsuz nifrəti başlayır.

Boz Qendalf Bilbo Beqqinsi uşaqlıqdan tanıyır və onun məharətinə bələddir. Boz Qendalf döyüşkən cırtdanları aldadır və Şirdə 50 yaşlı Bilbonun Torin və onun komandasına qonaqlıq verəcəyini deyir. Qonaqlığa cırtdanların ən döyüşkənləri, olan: Balin, Dualin, Fili, Kili, Dori, Nori, Ori, Oyn, Qloyn, Bifur, Bofur və Bombur gəlirlər. Boz Qendalfın əsas məqsədi isə Torin və onun döyüşkən cırtdanlarının Moriyaya — Tək Dağa girməsində Bilbonun onlara yardım etməsidir. Həm də bir oğru qismində. Bilbo ilk öncə bu işbirliyini qəbul etmir. Lakin növbəti gün Boz Qendalf, Torin və onun dəstəsinin arxası ilə qaçaraq təklifi qəbul etdiyini deyir. Səyahatə yeni başlayan Torin və Bilbo daxil olmaqla onun cırtdan dəstəsi, üç Dağ Trolu tərəfindən ələ keçirilir. Bilbo dəstənin Dağ Trolları tərəfindən yeyilməsini səhər günəşinə qədər əngəlləyir və səhər vaxtı Boz Qendalf gələrək Trolları daşa çevirir. Daha sonra onlar Trolların mağarasına girirlər və orada Elf qılıncları tapırlar. Torin daha əvvəl tərəddüd etsə də Qendalf ona Orxrist adlı qılıncı verir. Özünə isə Qlamdrinq adlı qılıncı götürür. Qendalf daha sonra tapdığı Strinq adlı qılıncı Bilboya verir. Bu qılıncın əsas xüsusiyyəti düşmən gələrkən göy işıq saçması olur.